Əsas Səhifə > Güney Press / Manşet > Heydər Əsədov İsmət Abbasovun KTN-dəki В«casuslarВ»ını müəyyən edib

Heydər Əsədov İsmət Abbasovun KTN-dəki В«casuslarВ»ını müəyyən edib


17-02-2014, 15:19
Heydər Əsədov İsmət Abbasovun KTN-dəki В«casuslarВ»ını müəyyən edib
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, kənd təsərrüfatı nazirliyində maaşların verilməsi yubandığından yeni nazirə qarşı etimadsızlıq yaranmaqdadı. Və bu işdə əsas günahkar kimi, hazırda baş nazirin müavini postunu tutan keçmiş KTN şefi İsmət Abbasovun adı hallandırılırdı.

DİA.AZ-a nazirlikdəki qaynaqlardan daxil olan informasiyadan aydın olur ki, sözügedən məlumatımız yeni nazir Heydər Əsədov tərəfindən diqqətə alınıb və artıq KTN çalışanlarının əməkhaqqıları verilib.

Məlumatı verən mənbə bildirir ki, amma buna rəğmən Heydər Əsədov İsmət Abbasovun nazirlikdəki adamlarını da təftiş etməyə başlayıb: В«Yeni nazir KTN daxilindən mətbuata informasiya ötürən qaynaqları müəyyən etməyə çalışır. Hətta artıq şübhələndiyi bir-iki isim də var ki, onların vəzifələrindən azad ediləcəyi şübhəsizdir. Qərar yaxın günlərdə verilə bilərВ».

Geri qayıt