Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Mikayıl Cabbarovu nazir kürsüsü kifayət qədər xumarlandırıb
Mikayıl Cabbarovu nazir kürsüsü kifayət qədər xumarlandırıb17-02-2014, 14:30 |
|
DİA.AZ: - Təhsil nazirliyi daxilində yeni çəkişmə başlayıb. Artıq Misir Mərdanovdan qalma kadrlar yeni nazirə qarşı itaətsizliyə başlayıblar. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, keçmiş təhsil nazirinin adamları (onların sayı bu gün nazirlikdə yetərincə qədərdir -red.) Mikayıl Cabbarovu nəinki ciddiyə almırlar, hətta onunla bağlı qeyri-ciddi obrazın yaradılmasında belə rol oanyayırlar. Mənbənin söylədikləri: В«Məsələn, bu gün təhsil nazirliyinin kadr siyasətini Misir Mərdanovdan qalma kadr müəyyən edir. Məlumdur ki, son günlər TN-nin strukturlarında antikorrupsiya tədbirləri gücləndirilib. İş o həddə çatdı ki, Mikayıl Cabbarov özü prosesə müdaxilə etməli oldu və bir neçə kollec direktorunu işdən azad etdi. Əslində yeni nazir buna qədər hansısa addımı ata bilmirdi. Sanki bir kollec rəhbərinin həbsi ona dəstək oldu. Digərlərinə qarşı isə anoloji addımı ata bilmir. Çünki Misir Mərdanovdan qalma kadrın yönəltdiyi siyasət bundan artıq ola bilməz. Konkret olaraq nazirliyin kadr siyasətinə nəzarət edən Fərzəli Qədirovun bu gün bir sıra ali məktəb və kollec rəhbərlərinə В«əvvəlki kimi işləyin, vaxtında В«yuxarılarınВ» payını verinВ» ismarıcını yollaması faktı da sübutlayır ki, yeni nazirin sözünün kəsəri yoxdurВ». Mənbə iddia edir ki, Mikayıl Cabbarovun hətta vətəndaşlarla görüşlərinin əngəllənməsində də köhnə heyət rol oynayıb: В«Mikayıl Cabbarovun öz kadrı kimi tanınan Ceyhun Bayramov bu gün köhnə heyətin təsiri altındadır. Mikayıl Cabbarov təhsil sistemində baş verənlərdən ən sonuncu xəbər tutan şəxsdir və bunda da başlıca günahkar elə öz kadrıdır. Hətta elə xəbərlər olur ki, Mikayıl Cabbarov həmin informasiyaları xəbər saytlarından oxuyurВ». Mənbənin bildirdiyinə görə, Mikayıl Cabbarovu hazırki vəziyyət heç də narahat etmir: В«Nazir kürsüsündə əksəriyyət xoşhallanır»… Geri qayıt |