Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Müavinləri Samir Şərifovu devirməyə hazırlaşır

Müavinləri Samir Şərifovu devirməyə hazırlaşır


17-02-2014, 14:00
Müavinləri Samir Şərifovu devirməyə hazırlaşır
Fikir vermisinizsə, maliyyə naziri Samir Şərifovla bağlı mətbuatda az-az tənqidi fikirlərə rast gəlinir. Buna səbəb Maliyyə Nazirliyinin (MN) rəhbərinin bəzi media orqanlarını ələ almasıdır. Belə ki, nazir bəzi qəzet və saytları nəyinsə hesabına şirnikləndirərək özü haqda mənfi fikirlərin yazılmasına imkan vermir. Apardığımız araşdırmalar isə göstərir ki, qanunsuzluğun daha çox baş alıb getdiyi qurumlardan biri də məhz Maliyyə Nazirliyidir.

Qeyd edək ki, sözügedən nazirlik ölkənin maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Geniş səlahiyyətlərə malik olan MN-in rəhbəri Samir Şərifov vəzifəsinə güvənərək bir sıra qanundan kənar işlərə imza atır.

Onun biznes fəaliyyəti ilə bağlı demək olar ki, bu günə qədər əhatəli məlumat verilməyib. Araşdırmalar göstərir ki, dövlət büdcəsini formalaşdıran və maliyyə məsələləri ilə bağlı hökumət qarşısında hesabatlarla çıxış edən nazir başqa yollarla qazandığı gəlirlər hesabına özünə əməlli-başlı В«gün ağlayıbВ». Onun sahibi olduğu var-dövlət ömrünün axırına kimi özünə və nəticələrinə belə bəsdir. Əldə etdiyimiz məlumatlara əsasən, nazirin bank sektorunda çox böyük dayaqları var. Onun bank sahəsində yaratdığı monopoliya çoxlarının diqqətindən yayınsa da, biz bununla bağlı şok bilgilər almışıq.

Deyilənə görə, В«Kapitalbank” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov nazirin ən yaxın adamlarından biridir. MN rəhbəri məhz bu şəxsin əli ilə bəzi maliyyə əməliyyatlarını həyata keçirir. Nazir həmçinin sığorta sektorunda da özünə böyük imkanlar yaradıb. В«Ölkənin sığorta bazarını ələ keçirməyi qarşısına məqsəd qoyan maliyyə naziri iki böyük şirkətin sahibidir. Bunlardan biri ”AzRe" adlı təkrar sığorta şirkətidir. İkincisi isə "Qala sığorta”dir ki, bu şirkət də həyat sığortası ilə məşğuldur. Nazir sahibi olduğu sığorta şirkətləri ilə ölkənin sığorta biznesinə nəzarət etməklə, həm bu sahədə rəqabəti zəiflədir, həm də sözügedən sahədə əlavə şəxslər və qurumlar tərəfindən fəaliyyətin həyata keçirilməməsi üçün təzyiqlər edirВ», deyə məlumatda vurğulanır. Onu da qeyd edək ki, bir neçə il əvvəl nazirlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında qarşıdurma baş verib.

Səbəb В«QALF Şirkətlər Qrupu”na daxil olan "Qalf İndastri” MMC-nin Gəncədəki zavodunun fəaliyyətini dayandırması olub. Maliyyə naziri Samir Şərifova yaxınlığı ilə tanınan şirkət ARDNŞ prezidenti Rövnəq Abdullayevin israrından sonra bağlanıb. Məlumata görə, "Qalf İndastri” MMC fəaliyyətinə Gəncə şəhərinin bir neçə mikrorayonunda Fransanın "Actaris” Şirkətinin istehsal etdiyi smart-kart tipli elektron qaz sayğaclarının quraşdırılması ilə başlayıb. MMC eyni zamanda həmin abonentlərdən sərf olunan qaz pulunun yığılması ilə də məşğul olub və layihə uğurlu alınıb.

Zavod "Azəriqaz”ın sifarişləri əsasında fəaliyyət göstərib və müəssisəyə 300 milyon dollardan çox investisiya yatırılıb. MMC-nin qarşısında şərt qoyulub ki, yalnız diktə olunan şərtlər daxilində sayğac istehsalı ilə məşğul ola bilər. Bu şərtlər ağır olduğundan zavod fəaliyyətini davam etdirə bilməyib və bağlanma qərarı verməyə məcbur olub. Zavod fəaliyyətini dayandırandan sonra nazirlə şirkət rəhbəri arasında uzun müddət qalmaqal davam edib. Hətta Samir Şərifov bununla bağlı ölkə rəhbərliyini məlumatlandırıb.

Lakin zavod yenidən fəaliyyətini bərpa edə bilməyib. Mötəbər mənbələrdən gələn xəbərlərə görə, nazir həm də tikinti sektoruna böyük yatırımlar edir. Onun Bakıda bir neçə iri tikinti şirkətinin olduğu qeyd olunur. Bu arada, bildirək ki, Samir müəllim bu kimi işlərə çox vaxt ayırdığından nazirliyin fəaliyyətində geriləmə müşahidə edilməyə başlayıb. Bundan istifadə edən müavinlər İlqar Fətizadə və Azər Bayramov aktivləşiblər. Belə ki, onlar nazirlikdə nüfuz savaşının başlandığını rəsmən elan ediblər. Hazırda hər iki müavin nazirin postuna iddialıdırlar. Samir Şərifovun vəzifədən azad olunacağı xəbərini eşidən müavinləri bütün imkanlarını səfərbər ediblər ki, Maliyyə Nazirliyinin başına keçsinlər. Nazirin nüfuz savaşından hansı nəticə ilə çıxacağı isə maraq doğurur.

Məsələ ilə bağlı bütün tərəfləri dinləyə bilərik. \\ В«Gündəlik BakıВ» \\

Geri qayıt