Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azərsu”-da ciddi kadr islahatları aparılacaq - Dəyişiklik gözlənilir

“Azərsu”-da ciddi kadr islahatları aparılacaq - Dəyişiklik gözlənilir


15-02-2014, 12:58
“Azərsu”-da ciddi kadr islahatları aparılacaq - Dəyişiklik gözlənilir
Son aylar bəzi rəsmi qurumlarda aparılan kütləvi ixtisarlar böyük işsizlik ordusu yaradıb. Bu prosess hələ də davam etməkdədir. ARDNŞ və “Azəriqaz”-dakı ixtisarlar isə buna əyani subutdur.
Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, işçilərin ixtisar edilməsi prossesi “Azərsu” ACS-yə də çatır. Belə ki, yaxın günlərdə “Azərsu” daha kütləvi ixtisarlara star veriləcək.
Bu barədə xeyli meddətdir məlumatlı olan “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov ciddi cəhdlə bunun qarşısını almaq üçün çalışsa da istəyinə nail ola bilməyib. Əslində əksəriyyət düşünə bilər ki, ixtisarlardan Qorxmaz Hüseynov niyə narahat olsun.
Əlbətdə, “Azərsu” şefinin narahat olması üçün kifayət qədər səbəblər var. Belə ki, “Azərsu”dakı ixtisarlardan sonra növbə rəhbərliyə, onun müavinlərinə və qurumun özünə çatacaq. Yəni, Qorxmaz Hüseynovun vəzifəsi ilə vidalaşması artıq qaçılmazdır. Hər halda prosseslərdən belə görünür.

Geri qayıt