Əsas Səhifə > Güney Press / Ana xəbər > XTQ yolunu Xankəndidən salarsa...
XTQ yolunu Xankəndidən salarsa...15-09-2023, 06:50 |
![]() ABŞ dövlət katibinin müavini Yuri Kim Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin suallarını - daha doğrusu Azərbaycanla bağlı ittihamlarını cavablandırarkən bildirib ki, “biz “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu çox aydındır”. Birincisi, “Qarabağ xalqı” yoxdur, Qarabağda erməni əhalisi var: Yuri Kimin fikirlərini ABŞ-ın Cənubi Qafqaz siyasətində son günlər anti-Rusiya mövqeyini gücləndirən Ermənistana ağırlıq verməsindən irəli gələn mövqe hesab etmək olar; İkincisi, Azərbaycan Qarabağdakı erməni əhalisinə yox, separatçılara və qanunsuz silahlı dəstələrə qarşı əməliyyat keçirə bilər: bu, artıq qaçılmaz prosesdir və olmayacağı müddətdə problem həllini tapmayacaq, o baxımdan, alternativ yol qalmayıb; Üçüncüsü, “dözməyib, nə edə biləcəkləri” maraqlıdır: Azərbaycana qarşı bəyanat verməkdən başqa heç nə etməyəcəklər, çünki Vaşinqton İrəvana rəğmən, Ankara faktorunu və Bakı ilə münasibətləri kənara qoymayacaq; Azərbaycan separatçılara qarşı əməliyyat başlasa, Vaşinqton, eləcə də digər mərkəzlər eyni tipli bəyanatlar, açıqlamalar verəcək, lakin praktiki müstəvidə nəticəyə təsir edə biləcək addım atacaqları gözləntisi azdır. Asif Nərimanlı - DİA.AZ Geri qayıt |