Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Mikayıl Cabbarov sabiq deputata vəzifə verir
Mikayıl Cabbarov sabiq deputata vəzifə verir14-02-2014, 18:23 |
![]() DİA.AZ: - Bir zamanlar Azərbaycan Dövlət Televiziyasına rəhbərlik etmiş, keçmiş millət vəkili Nizmai Xudiyev yenidən vəzifəyə getmək niyyətindədir. Bu barədə redaksiyamıza məlumatı sabiq deputatın yaxınları veriblər. Bildirilir ki, artıq bununla bağlı Nizami Xudiyev bir sıra çevrələrin razılığını da almağa müvəffəq olub. Onu da bildirək ki, digər bir sıra sabiqlər kimi Nizami Xudiyevin də hansısa xarici ölkəyə səfir gedəcəyi haqda məlumatlar zamanında mətbuat səhifələrində yer alsa da, sonradan bu xəbərlərin heç bir əsasının olmadığı məlum oldu. İndi isə sabiq AzTV şefinin yeni vəzifə peşində olduğu bildirilir. Mötəbər mənbələrdən DİA.AZ-a daxil olan məlumata görə, Nizami Xudiyevin gözü Sumqayıt Dövlət Universitetinə düşüb. Həmin ali tədris ocağına rektor gələ bilməsi üçün Xudiyevin hətta bir sıra dairələrlə danışdığı məlum olur. Mənbəmiz bildirir ki, Nizami Xudiyevin hazırda Sumqayıt Dövlət Universitetinə (SDU) - bu günlərdə bəzifəsindən alınan Nadir Qəhrəmanovun yerinə təyin olunmaq istəyir. Keçmiş deputata artıq müsbət cavab verildiyi də deyilir. Geri qayıt |