Əsas Səhifə > Güney Press / Ana xəbər > Osmanlı İmperatorunun sonuncu nümayəndəsini təhqir etdilər
Osmanlı İmperatorunun sonuncu nümayəndəsini təhqir etdilər14-02-2014, 15:32 |
|
DİA.AZ: - Türkiyənin məşhur В«Möhtəşəm Yüz ilВ» serialı Osmanlı xanədanının nümayəndələrindən olan, sonuncu Osmanlı imperatoru 2-ci Əbdülhəmidin nəvəsi Harun Əbdülkərim Osmanoğlunun oğlu Orxan Osmanoğluya baha başa oturub. DİA.AZ-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatda bildirilir ki, serialın axırıncı bölümündə Sultan Süleymanın öz övladı Mustafanın qətlinə fərman verməsi Türkiyədə böyük həssaslıqla izlənib. İş o həddə çatıb ki, hətta Somanlı xanədanının nümayəndəsi olan Orxan Osmanoğluya serial bitər-bitməz müxtəlif şəxslərdən təhqir dolu mesajlar gəlib. Hətta dostlarının da onu təhqir etdiyini bildirən Orxan Osmanoğlu mesajların birini diqqətə çatdırıb: В«Yazırlar ki, Hürrəmin toxumundan gəlirsiniz, soyunuz ortada. Heç ürəyiniz ağrımadı? Səltənətiniz qalsaydı, kim bilir, daha neçə oğlunuzu öldürəcəkdiniz?»… Orxan Osmanoğlu serialdan sonra yaranmış ajiotaja etirazını belə bildirib: В«Mən başa düşə bilmirəm ki, 461 il əvvəl baş verən bir hadisə nədən bu şəkildə ictimai rezonans yaradır?В». Geri qayıt |