Əsas Səhifə > Güney Press, Manşet, Reklam > “Sumqayıt Çörək” zavodu TƏHLÜKƏ SAÇIR...

“Sumqayıt Çörək” zavodu TƏHLÜKƏ SAÇIR...


12-09-2023, 10:55
“Sumqayıt Çörək” zavodu TƏHLÜKƏ SAÇIR...
Sumqayıtda çörəyin içindən bit çıxıb.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə görüntünü sosial şəbəkələrdə bloger Saleh Nəsirov paylaşıb.

“Sumqayıt Çörək” zavodu TƏHLÜKƏ SAÇIR...

Məlumatı blogerlə bölüşən şəxsin sözlərinə görə, işdə onlara verilən zavod çörəyinin içindən ikinci dəfədir ki, böcək çıxır. O, unun ələnmədiyini ehtimal edib.

Şəxs harada çalışdığını açıqlamasa da, bütün Sumqayıtın zavod çörəyindən istifadə etdiyini vurğulayıb.

Qeyd edək ki, buna bənzər mənzərə iyulun 10-da da baş verib. Sumqayıt sakinləri iddia edirlər ki, son günlər müxtəlif marketlərdən aldıqları, “Sumqayıt Çörək” zavodunda istehsal olunan çörəklərin içində ölü böcəklər tapılır.

Sözügedən zavodla hələki əlaqə yarada bilmədik...

Mövzunu diqqətdə saxlayacağıq.


Geri qayıt