Əsas Səhifə > Güney Press / Manşet > İcra başçısı 6 manatlıq qol saatını qiymətli hədiyyə adıyla gənclərə təqdim etdi

İcra başçısı 6 manatlıq qol saatını qiymətli hədiyyə adıyla gənclərə təqdim etdi


8-09-2023, 15:29
İcra başçısı 6 manatlıq qol saatını qiymətli hədiyyə adıyla gənclərə təqdim etdi
DİA.AZ: - "Ucar rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışdır. 2022-2023-cü tədris ilində qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə danışılıb. Belə ki, rayonun ümumtəhsil məktəblərini bitirən 676 məzundan 253 nəfəri ali məktəblərə daxil olub. Onlardan 27 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Tədbirdə qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan tələbələr, tədbirin sonunda yüksək bal toplayan tələbələrə 6.5 azn dəyərində qol saatı və bir ədəd su fincanı hədiyyə edilmişdir . 500- 600 bal toplamış gənclərə qiymətli hədiyyə adı ilə təqdim edilmiş bir manatlıq fincan verməklə Ucar rayon İcra hakimiyyəti başçısı ölkədə ilkə imza atmışdır. Bir neçə gündür ki bu hadisə Ucar rayon ictimaiətində təəssüf hissi doğurmaqla çox gülünc və rişğəndlə qarşılanmışdır.

Səkilərə piyada yoluna ağac əkmək , bayraqsız bayraq dirəyi inşa etmək , işıqsız işıq dirəkləri qurmaq kimi bacarıqların sahibi olan Mənsur Məmmədov bu dəfədə fərqli rakursda əndirabadi işləri ilə rayon camaatın ələ salamğa davam edir."

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt