Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “EAST Residence” MTK-nın rəhbəri HƏBS OLUNDU
Əsas Səhifə > Güney Press > “EAST Residence” MTK-nın rəhbəri HƏBS OLUNDU

“EAST Residence” MTK-nın rəhbəri HƏBS OLUNDU


4-09-2023, 12:13
“EAST Residence” MTK-nın rəhbəri HƏBS OLUNDU
Paytaxtın Nərimanov rayonu ərazisində söküntü və tikinti-quraşdırma işləri zamanı “EAST Residence” Mənzil Tikinti Kooperativi tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsi faktlarına dair Nərimanov rayon prokurorluğunda cinayət işi başlanmaqla istintaq aparılır.

Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, istintaqla, Kooperativin sədri Əli Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərin razılığı, eləcə də, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv etməsi nəticəsində vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Əli Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 186.3 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.



Geri qayıt