Əsas Səhifə > Güney Press / Ana xəbər > Əri Suriyada ölən qadın şok adlar açıqladı

Əri Suriyada ölən qadın şok adlar açıqladı


13-02-2014, 15:56
Əri Suriyada ölən qadın şok adlar açıqladı
34 yaşlı Soltan Mirzəyev 2013-cü ilin avqustundan Suriyada gedən döyüşlərə qatılıb.

​Axar.az-ın məlumatına görə, o, 3 yanvarda döyüşlərdə həlak olub. Vəhabinin xanımı Mətanət Mirzəyeva yoldaşının Suriyaya gedərkən cibində 5 manat olduğunu və bütün xərcləri onun vəhabi yoldaşlarının qarşıladığını bildirir.

S.Mirzəyev Suriyada 4 ay təlim keçdikdən sonra döyüşlərə buraxılıb. O, Bəşər Əsədin qoşunlarına qarşı vuruşub.

Konfiliktoloq Arif Yunus şəxsi məlumatlarına əsasən bu vaxta qədər Suriyada 44 Azərbaycan vətəndaşının vəfat etdiyini bildirir. Onlardan 33 nəfəri sələfi, 11-i şiədir .

Vəhabilər Əsədə qarşı Əl-Qaidə təşkilatında, şiələr isə Əsədi müdafiə edənlərin qoşununda döyüşürlər.



Geri qayıt