Əsas Səhifə > Güney Press / Ana xəbər > ANS-in aparıcısı canlı yayımın fərqinə varmadı və...
ANS-in aparıcısı canlı yayımın fərqinə varmadı və...13-02-2014, 13:26 |
|
DİA.AZ: - Məlum olduğu kimi, Nadir Qafarzadə erməni mahnısı oxuyub. İş bunda deyil. İş ondadır ki, Qafarzadənin erməni mahnısını oxumasına haqq qazandıran В«ANSВ»-in В«Şou-bizВ» proqramının aparıcısı lap vurub ağını çıxarıb. DİA.AZ bildirir ki, В«oğrudan oğruya halaldırВ» prinsipini önə sürən verilişin aparıcısı bu zaman В«ermənilər bizim girməli olan hər yerimizə giriblərВ» ifadəsini də işlədir ki, bu da diqqətlərdən yayınmayıb. Hər halda, Nadir Qafarzadənin ermənilərdən oğurluğuna haqq qazandırmağa çalışan ANS əməkdaşı yəqin ki, nə dediyinin fərqinə varmayıb. Özü demişkən, canlı yayım fürsəti olub və bu fürsətin əhəmiyyəti ilə yanaşı, məsuliyyətini də dərk etmək hər kəsin fərasəti deyil. İş ki qaldı Qafarzadəyə haqq qazandırmağa, В«ermənilər oğrudur deyənə, biz də oğurluq etməliyikВ» məntiqi burada ən axırıncı yerdə dayanır… Geri qayıt |