Əsas Səhifə > Güney Press / Manşet > Direktor şagirdləri forma almağa məcbur edir?
Direktor şagirdləri forma almağa məcbur edir?29-08-2023, 13:10 |
|
Sumqayıt şəhərində yerləşən 11 saylı tam orta məktəbdə şagirdlərin məktəbli forması almağa məcbur edildiyi iddia edilir. DİA.AZ Gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə valideynlərdən biri sosial şəbəkədə paylaşım edib. İddialara görə, direktor Adilə Süleymanova şagirdləri yeni forma almağa məcbur edib. İddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin sözçüsü İlhamə Abdullayeva bildirdi ki, səsləndirilən iddialar əsassızdır: “Adilə xanım idarəmizə çağırılıb, söhbət aparılıb. Belə halların yaşanmadığı müəyyən edilib. Adilə xanım vəzifəyə yeni təyin olunub və orada səliqə-sahman yaradır. Bütün fəaliyyəti qanunlara əsaslanır. Onun yenilik etməsi daxildən və xaricdən kimlərinsə xoşuna gəlmir. O səbəbdən belə dedi-qodular yayırlar”.
Geri qayıt |