Əsas Səhifə > Güney Press / Ana xəbər > BDU rəhbərliyindən aksiyaçı tələbələrə jest
BDU rəhbərliyindən aksiyaçı tələbələrə jest12-02-2014, 13:46 |
|
Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin əlavə ödəniş etmələri ilə bağlı qərarı etirazlara səbəb oldu. Bu qərardan sonra BDU tələbələri etiraz əlaməti olaraq aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə çağırışlar etdilər. Hafta.az-a açıqlama verən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bildirir ki, məsələ ilə bağlı artıq tələbələrlə görüş keçirilib və bütün problemlər öz həllini tapıb: “Prorektor Sani Hacıyev və BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin iştirakı ilə məsələyə dair tələbələrlə görüş keçirdik. Görüş zamanı biz onların problemlərini dinlədik və izah etdik ki, sözügedən qərar heç də yanlış deyil. Oxşar qərarlar Avropa məkanında illər öncədən qəbul edilib. Əlavə olaraq bunu da bildiririk ki, alt qrupdan kredit götürən tələbələrin təhsil haqqının ödənilməsində müəyyən güzəştlər olacaq. Belə ki, güzəşt dedikdə maddi durumu çətin olan tələbələrin nəzərdə tutulan miqdarı hissə-hissə ödəməsi üçün şərait yaradılacaq. Məsələn, tələbələr ödənişi hər ay 10 manat olmaqla da ödəyə biləcəklər”. Universitetin Tələbə Həmkarlar İttifaqının sədri bunu da qeyd etdi ki, görüşdən bütün tələbələr razı halda ayrıldılar: “Tələbələr görüşdən çox məmun halda ayrılaraq universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər. Eyni zamanda, onlar heç bir aksiya keçirməyəcəklərinə də söz verdilər”. Geri qayıt |