Əsas Səhifə > Güney Press, Reklam > AZAL Pakistanın üç şəhərinə uçuşlara başlayır

AZAL Pakistanın üç şəhərinə uçuşlara başlayır


16-08-2023, 17:03
AZAL Pakistanın üç şəhərinə uçuşlara başlayır
DİA.AZ: - Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2023-cü il sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayacaq.

DİA.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçi şəhərinə həyata keçiriləcək.

Sözügedən üç şəhər Pakistanın mühüm tarixi və mədəniyyət mərkəzləridir ki, bu da onları ziyarət etmək üçün çox maraqlı məkana çevirir.

Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu çevik cədvəl səyahətçilərə rahat seçimlər təklif edir.

AZAL-ın yeni reyslərinin açılması Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafına, turizmin, beynəlxalq daşımaların təşviqinə və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz. Aviabiletləri saytdan və ya AZAL-ın mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Geri qayıt