Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanda daha bir futbolçu qəlyan və viski ilə

Azərbaycanda daha bir futbolçu qəlyan və viski ilə

11-02-2014, 11:22
Azərbaycanda daha bir futbolçu qəlyan və viski ilə
Bakının AZAL klubunun futbolçusu Viktor İqbekoyi əkiz övladlarının dünyaya gəlişini Bakıdakı gecə klublarından birində qeyd edib. Lent.az-ın məlumatına görə, nigeriyalı yarımmüdafiəçi şəxsi “İnstagram” səhifəsində gecədən video və fotolar paylaşıb.

Həmin görüntülərdə 28 yaşlı oyunçudan başqa, komanda yoldaşları Samuel Barlay, Qarsiya Martines Xuan Fransisko, eləcə də hazırda I diviziondakı “Şuşa” klubunda çıxış edən Əhməd Ticani də var. İqbekoyi qəlyan və viski ilə birgə şəkillərini də paylaşıb.

AZAL-ın mətbuat katibi Eldəniz Yusifov Lent.az-a açıqlamasında həmin fotolardan xəbərdar olduğunu deyib. O bildirib ki, şəkillər ötən gün – komandanın “Sumqayıt”la Topaz Premyer Liqasındakı XX tur matçından sonra çəkilib. Yusifov İqbekoyinin asudə vaxtda dostları ilə birgə əylənməsini normal qəbul edərək, onu içki və qəlyana meylli futbolçu kimi dəyərləndirməyi düzgün saymayıb: “Əksinə, Viktor intizamlı, dini inanclara əməl edən futbolçudur”.

Qeyd edək ki, Azərbaycanda çıxış edən daha bir neçə futbolçu əvvəllər qəlyan və içki ilə birgə fotolarını sosial şəbəkələrdə paylaşıb.

Geri qayıt