Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyəli iş adamı Putinin sarayına belə iz buraxdı

Türkiyəli iş adamı Putinin sarayına belə iz buraxdı


11-02-2014, 11:17
Türkiyəli iş adamı Putinin sarayına belə iz buraxdı
DİA.AZ: - Rusiyanın Soçi şəhərində keçirilən olimpiada yarışlarına türkiyəli Atilay Uslu bir başqa formada damğasını vurdu. DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, mərkəzi Hollandiyada yerləşən В«Corendon TurizmВ»in sahibi olan Atilay Uslu holland xizəkçilərin qızıl medal almasını Hollandiyadan olan turistlərlə birgə qeyd etdikdən sonra bir qalmaqala nədən olub.

Uslu özü baş verənləri belə anladır: В«Yeyib-içdikdən sonra yüngül ayaqyoluna getmək istədim. Və bu zaman yaxınlıqdakı divarın dibində təbii ehtiyacımı ödədim. Amma sən demə, həmin divar Rusiya prezidenti Vladimir Putinin sarayının divarın imiş.

Türkiyəli iş adamı Putinin sarayına belə iz buraxdı

Elə başımı qaldırmışdım ki, üzərimə bir neçə komando geyimli əsgərin şığıdığını gördüm. Onlar məni həbs etdilərВ».

Uslu bildirir ki, bir saat ərzində onu sorğu-suala tutublar və üzərindəki bütün əşyalar müsadirə olunub: В«Lakin sonradan əşyalarım geri qatyarılsa da, üzərimdə olan 3 min avronun yalnız 2 minini geri qaytardılar. Təbii ki, bundan şikayətçi olmayacamВ».

Türkiyəli iş adamı Putinin sarayına belə iz buraxdı

DİA.AZ bildirir ki, Türkiyədən olan iş adamı şikayətçi olmasa da, artıq onun başına gələnlər dünya mətbuatına düşüb və bu başlıqla təqdim olunub: В«Putinin divarına … Türk»…

Geri qayıt