Əsas Səhifə > Güney Press / Manşet > Hacıbala Abutalıbov zəlzələyə belə reaksiya verdi - В«Hamı binanı tərk etsin»…

Hacıbala Abutalıbov zəlzələyə belə reaksiya verdi - В«Hamı binanı tərk etsin»…


10-02-2014, 17:15
Hacıbala Abutalıbov zəlzələyə belə reaksiya verdi - В«Hamı binanı tərk etsin»…
DİA.AZ: - Məlum olduğu kimi, bu gün saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində baş verən zəlzələnin gücü episentrdə 6 bala yaxın olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar respublika ərazisində 5-3 bala qədər hiss edilib.

Bildirək ki, zəlzələ paytaxt Bakıda sakinlər arasında narahtlıq yaradıb. DİA.AZ-a bu barədə daxil olan məlumatlardan aydın olur ki, paytaxt Bakıda zəlzələ əndişəsi icra başçısı Hacıbala Abutalıbovu qorxuya salıb.

Meriyadakı mənbənin sözlərinə görə, zəlzələ baş verən vaxt kabinetində olan Haıbala müəllim təlaşla otaqdan çıxaraq, hamını binanı tərk etməyə çağırıb. Lakin sonradan silkələnmə dayanıb və işçiləri Hacıbala Abutalıbovu sakitləşdirib.

Hər halda, Bakı merinin zəlzələyə bu şəkildə reaksiya verməsi onun son zamanlar gərgin günlər yaşaması ilə də əlaqələndirilə bilər. Yəni əsəbləri yetərincə pozulub…

Geri qayıt