Əsas Səhifə > Güney Press / Üst manşet > "Bu, problem yox, bankın fırıldaqçılığıdır"
"Bu, problem yox, bankın fırıldaqçılığıdır"1-08-2023, 06:06 |
![]() DİA.AZ: - "Şikayətim "Kapital Bank"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Məhəmməd İsgəndərli adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra yazır: "Normalda xırdaçılıq edib problemləri böyütmürəm, qarşılaşdığım problemləri fərdi müraciət edib özüm həll etməyə çalışıram. Amma görünür bu, problem yox, Kapital Bankın fırıldaqçılığıdır. Aşağıdakı problemlər həllini tapmayıb və ən azından oxşar vəziyyətlə üzləşməmələri üçün insanları məlumatlandırım. Eyni vaxtda 2 problemlə qarşılaşdım. Kapital Bank Trendyol ödənişlərində 5% cashback verirdi. May ayının 31-i ödəniş etdim amma 5% cashback gəlmədi. Operator dedi ki, ödənişin sistemdə təsdiqlənməsi növbəti günə təsadüf edir deyə artıq o tarixdə kampaniya keçərli deyil. Mən də deyirəm axı sistemdə hansı tarixdə təsdiqlənməsi mənim problemim deyil, məndən pul ayın 31-də çıxıb. Yox əgər təsdiqlənməsi növbəti ayda olacaqsa həmin vaxtda həmin məbləği çıxın, əvvəldən niyə çıxırsınız. Deyir sistem belə işləyir, şikayətinizi qeydə alarıq. Amma indiyə qədər səs səmir nəticə yoxdur. Nəticə: Əgər ay ərzində kampaniya varsa çalışın onu ayın bitməsinə 3 4 gün qalmış edin ki, möhtərəm Kapital Bank-ın sistemi onu ay ərzində təsdiqləsin. Kampaniya reklamında deyildiyi kimi kampaniya güzəştləri realda 1 ay qüvvədə olmur, diqqətli olun. İpoteka ödənişlərinə aid olan sığorta ödənişlərini Hökümət Ödəniş Portalında (gpp.az) birkartla edəndə həmin ödənişi faiz hesablanan borc kimi nəzərə alıb möhtərəm bank. Operator deyir ki, kredit ödənişlərinə faiz hesablanır. Deyirəm ki, mən ipotekanın kredit hissəsini ödəmirəm, sığorta hissəsini ödəyirəm, ona hesablanmamalıdır. Və üstəlik olaraq keçən ay eyni ödənişi edib faiz hesablanmadığı barədə operatoru məlumatlandırdım, o da bunu təsdiqləyib dedi ki, keçən ay nəyəsə görə sistem bunu faiz hesablanan borc kimi görməyib. Çox məntiqsizdir, sığorta ödənişləri nəyin sığortası olmasından asılı olmayaraq kredit ödənişi ola bilməz. Nəticə: Kapital Banka güvən yoxdur, hər ödənişdən qabaq möhtərəmlərə zəng edib faiz, komissiya tutulmasını soruşmalısınız. Məntiq keçmir". İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |