Əsas Səhifə > Güney Press / Ana xəbər > “Karvan”la “AzSığorta” arasında 2 milyon manat "razborka"sı

“Karvan”la “AzSığorta” arasında 2 milyon manat "razborka"sı


10-02-2014, 09:01
“Karvan”la “AzSığorta” arasında 2 milyon manat "razborka"sı
“Karvan” Ticarət Mərkəzinin rəhbəri Ağamirzə Əhədovla “AzSığorta” şirkəti arasında qalmaqal yaranıb. Bu barədə Bizimxeber.az-a daxil olan məlumatda bildirilir ki, qalmaqala səbəb “AzSığorta” şirkətinin “Karvan” Ticarət Mərkəzinin sığorta pulunu ödəməkdən imtina etməsidir. Məlumatda qeyd olunur ki, məbləğ 2 milyon manatdır.
Xatırladaq ki, “Karvan”da yanğın baş verəndə orada çalışan sahibkarlar yanğlnsöndürənlərdən şikayət edirdilər. Onların iddiasına görə, yanğından mühafizə idarəsinin əməkdaşları kənarda dayanıb baş verənləri izləyirmiş. Onlar Ticarət Mərkəzi tamam yanandan sonra olaya müdaxilə ediblər. Fövqəladə Hallar Nazirliyi isə “Karvan”dakı yanğınla bağlı yaydığı açıqlamada ticarət mərkəzində yanğından təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğunu vurğulamışdı. “Karvan” ın rəhbərliyi iddia edir ki, bu açıqlama sığorta pulunun verilməməsinə hesablanıb.
Qarşı tərəflərin mövqeyini işıqlsandırmağa hazırıq.

Geri qayıt