Əsas Səhifə > Güney Press, Reklam > Bank BTB 2023-cü ilin ikinci rübünü mənfəətlə başa vurdu
Bank BTB 2023-cü ilin ikinci rübünü mənfəətlə başa vurdu26-07-2023, 11:11 |
DİA.AZ: - Bank BTB bu ilin 2-ci rübünü 309 min manat mənfəətlə başa vuraraq, ötən ilin eyni dövrü ilə müqayisədə 106% artım etmişdir. DİA.AZ bildirir ki, hesabat tarixinə aktivlərin cəmi 381 milyon 214 min manat təşkil etmişdir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7.6% artım deməkdir. 1-ci rübün nəticələrinə görə faiz gəlirləri ötən rüb ilə müqayisədə 102% artaraq 14 milyon 670 min manat, faiz xərcləri 9 milyon 356 min manat, qeyri-faiz gəlirləri 102% artaraq 2 milyon 186 min, qeyri-faiz xərcləri 6 milyon 585 min olmuşdur. Bununla da əməliyyat mənfəəti 7 dəfədən çox artaraq 905 min manat təşkil etmişdir. Digər göstərici bankın depozit portfelinin artmasıdır ki, qeyd olunan dövrdə bankın müddətli depozit portfeli 132 milyon 765 min manat təşkil etmiş, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artmışdır. 2-ci rüb ərzində Bank BTB tərəfindən 38 milyon 979 min manat kredit verilmişdir. Ümumi satışın 37%-ni Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditləri, 21%-ni istehlak kreditləri, 25%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər, 17%-ni bankın vəsaiti hesabına yaşayış sahəsi olan daşınmaz əmlakın alınması və ya tikintisi məqsədilə fiziki şəxslərə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli ötən rübə nisbətdə 2.5% artaraq 282 milyon 271 min manat təşkil etmişdir. Hesabat dövrünə bankın məcmu kapitalı 54 milyon 56 min manat təşkil edir. Bankın ani likvidlik əmsalı 90.46% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 3 dəfədən çoxdur. Geri qayıt |