Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümovun işçiləri şirvanlıları boğaza yığıb
Səlim Müslümovun işçiləri şirvanlıları boğaza yığıb8-02-2014, 11:42 |
|
Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Şirvanda ünvanlı sosial yardım ala bilməyən kasıb insanlar Bakıya gələrək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz eksiyası keçirmək fikrindədirlər. JAM.AZ-a müraciət etmiş şəhər sakinləri qeyd edirdilər ki, Şirvan Şəhər Sosial Müdafiə Mərkəzinin rəhbəri Vasif Əliyev açıq şəkildə özbaşınalıqla məşğuldur. Onların bildirdiyinə görə, mərkəzin direktoru ünvanlı sosial yardım adlı bazar açıb və orada pul qazanmaqla məşğuldur. Belə ki, direktor mərkəzə müraciət edənlərə şərt irəli sürür və onun tələbləri yerinə yetirilmədikdə isə vətəndaşın ünvanlı sosial yardım alması mümkün olur. Həmin məlumatda vurğulanır ki, mərkəz rəhbəri sənədləri qaydasında olan kasıbdansa, bütün sənədləri bərbad vəziyyətdə olan varlını üstün tutur. Çünki kasıbdan pul qoparmaq məşəqqətdir, varlıdan isə məhəbbət. Elə buna görədir ki, Şirvanda rüşvət hesabına ünvanlı sosial yardım alanların böyük əksəriyyəti imkanlı ailələrin nümayəndələri olurlar. Dünən JAM.AZ-a müraciət edən Şirvan şəhər sakinləri bildiriblər ki, Vasif Əliyev ünvanlı sosial yardım almaq üçün müraciət edənlərə açıq şəkildə təklif edir ki, alacaqları pulun yarısı ona verilməlidir. Və işin ən qəribə tərəfi odur ki, Sosila Müdafiə Mərkəzinin direktoru bu pulun böyük qismini təmsil etdiyi nazirliyə verəcəyini deyir. Bildirir ki, onun bu postda əyləşməsi də məhz həmin anlaşmaya əsasən mümkün olub. Qeyd edək ki, ünvanlı sosial yardımla bağlı gərgin vəziyyətin yarandığı rayonlardan biri də Cəlilabaddır. Artıq bu rayonda SMM direktorunun əməllərinə etiraz əlaməti olaraq martın 3-də etiraz aksiyası təyin edilib. Bu addımın isə digər rayon və şəhərlər üçün presedent rolu oynayacağı şübhəsizdir. Şirvandan gələn xəbərlərdə də bu özünü göstərməyə başlayıb və onlar da etiraz aksiyası təyin etmək fikrindədirlər. Geri qayıt |