Əsas Səhifə > Güney Press / Manşet > Şeyxdən vəhabilər hesab sorur: Yaşadığın sarayı hansı pula tikdirmisən?
Şeyxdən vəhabilər hesab sorur: Yaşadığın sarayı hansı pula tikdirmisən?7-02-2014, 17:55 |
![]() DİA.AZ: - Son günlər bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəni hədəfə alan vəhabi-nurçu ittifaqı dövriyyəyə yeni informasiya buraxıblar. Bu barədə DİA,AZ-ın elektron ünvanına yazan özünü В«Şeyx-LeaksВ» adlandıran şəbəkənin məlumatında bildirilir ki, zaman-zaman vəhabi şeyxlərindən külli miqdarda pul alan Allahşükür Paşazadənin son günlərdə onlara qarşı hücuma keçməsi Səudiyyə Ərəbistanı və Küveyt şeylərində qəzəb yaradıb. Mənbənin məlumatında deyilir: В«Allahşükür Paşazadədən artıq hesab sorma zamanı yetişib. Şeyx hesabat vermək zorundadır. Əks halda Küveytdəki və Səudiyyə Ərəbistanındakı dostları ondan imtina edəcək. Bunun bədəli isə ağır olacaqВ». Məlumatda həmçinin deyilir ki, Allahşükür Paşazadə bu günə kimi Küveytə və Səudiyyə Ərəbistanına aid müxtəlif xeyriyyə cəmiyyətlərindən 5 milyon ABŞ dollarına yaxın yardım alıb: В«Ona Bakıdakı iqamətgahı hansı pula tikiblər? Bunu soruşan varmı? Şeyx sarayda yaşayır. Yalandan o zaman prezidentə dedi ki, gələn ərəb şeyxlərini sarayda qarşılamalıdır. İndi isə hesablarına tikilən sarayda yaşayan Allahşükür Paşazadə vəhabiləri ittiham edirВ». Onu da qeyd edək ki, redaksiyamıza yolladıqları müraciətlərində Şeyxə qarşı vəhabilər tərəfindən ağır ittihamlar da səsləndirilir.
Geri qayıt |