Əsas Səhifə > Güney Press / Ana xəbər > Lerikdə təmir adı altında büdcəni belə talan edirlər

Lerikdə təmir adı altında büdcəni belə talan edirlər


7-02-2014, 16:58
Lerikdə təmir adı altında büdcəni belə talan edirlər
Lerik rayon icra başçısı Rövşən Bağırov rayonun Təhsil Şöbəsinin və Mədəniyyət və Turizm Şöbəsinin bütün maliyyə maxinasiyalarından əldə olunan gəliri birinci müavin Cəlil Baxşıyevə verib; birinci müavin isə öz növbəsində vəzifə səlahiyyətlərindən istifadə edərək rayonun daxili büdcəsindən daha çox bu iki sahəyə vəsait ayırır...

Lerik rayon icra başçısnın müavini Cəlil Baxşıyev haqqında daxil olan məlumatda bildirilir ki, icra başçısnın birinci müavini rayon Təhsil şöbəsinin və Mədəniyyət və Turizm şöbəsinin nəzdindəki binaların cari təmir işlərini öz nəzarəti altına alaraq hər il külli miqdarda qazanc əldə edir.

Lerik rayon Təhsil Şöbəsindəki mənbə bildirir ki, icra başçısnın müavini Cəlil Baxşalıyev yaxın adamlarının adına açdırdığı şirkətlər vasitəsi ilə rayon daxili büdcəsindən ayrılan yüz min manatlarla vəsaiti mənimsəyir. Bildirilir ki, rayonun yerli büdcəsindən hər il kənd məktəblərinin cari təmiri üçün 200 min manatdan çox vəsait xərclənir. Eyni zamnada təhsil nazirliyinin və nazirlər kabinetinin xətti ilə də cari təmirlər üçün bir neçə yüz min manat vəsait ayrılır. Lerik rayonunda 109 ümumitəhsil məktəbi fəaliyyət göstərir.

Məlumatda qeyd olunur ki, rayon kəndlərində fəaliyyət göstərən məktəb binalarının cari təmiri bir neçə qutu boyanın divarlara vurulmasından ibarətdir. Ancaq cari təmir işlərinin sənədləşdirməsində isə məktəb binalarının yüksək səviyyədə təmir olunduğu göstərilir və bu zaman görülən işlərin qiyməti bir neçə dəfə şişirdilib. Bildirilir ki, Lerik rayon icra başçısı Rövşən Bağırov rayonun Təhsil Şöbəsinin və Mədəniyyət və Turizm Şöbəsinin bütün maliyyə maxinasiyalarından əldə olunan gəliri birinci müavin Cəlil Baxşıyevə verib. Birinci müavin isə öz növbəsində vəzifə səlahiyyətlərindən istifadə edərək rayonun daxili büdcəsindən daha çox bu iki sahəyə vəsait ayırır.

Məlumatda bildirilir ki, Lerik rayon icra başçısının birinci müavini Cəlil Baxşıyevin ikinci cari təmir əməliyyatı maxinasiyası rayon Mədəniyyət və Turizm Şöbəsində həyata keçirilir. Qeyd edək ki, Turizm şöbəsinin nəzdində 22 mədəniyyət evi, 44 klub, 61 kitabxana, 1 muzey, 1 mərkəz və 2 musiqi məktəbi fəaliyyət göstərir. Son 2 ildə rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdindəki binaların təmirinə təkcə nazirlər kabineti tərəfindən 600 min manatdan çox vəsait ayrılıb. Bundan başqa rayonun daxili büdcəsindən bu quruma cari təmirlər üçün 500 min manatdan çox vəsait verilib.

Məlumatlı mənbəmiz bildirir ki, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aqil Sucayev rəhbərlik etdiyi qurumdakı cari təmir əməliyyatında icra başçısnın müavini Cəlil Baxşıyevlə ortaqdırlar. Aqil Sucayevin Mədəniyyət və Turizm Şöbəsindən əldə etdiyi qeyri-qanuni gəlirlərin 30 faizini özünə saxladığı, 70 faizini isə, Cəlil Baxşıyevə verdiyi iddia olunur. Son iki ldə isə Aqil Sucayevin В«gəlirlərininВ» yarım milyona yaxın olduğu bildirilir.

Qarşı tərfin mövqeini dərc etməyə hazırıq…

Geri qayıt