Əsas Səhifə > Güney Press / Manşet > Zakir Fərəcovun çətiri altında ilginc torpaq maxinasiyası
Zakir Fərəcovun çətiri altında ilginc torpaq maxinasiyası7-02-2014, 16:47 |
|
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat vermişdik ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində bələdiyyə torpaqları otlaq sahələri kimi dəllallara verilib. Bələdiyyə sədri Cavanşir Zeynalov torpaqları ən yaxın adamlarına verdikdən sonra onlar da əhaliyə kiçik hissələrə ayıraraq satışa çıxarıblar. Torpaqlar satıldıqdan sonra məlum olub ki, əslində bələdiyyə sədri fərdi yaşayış yeri kimi satışına dövlət tərəfindən qadağa qoyulmuş torpaqları satıb. DİA.AZ bildirir ki, bu barədə gundeminfo.az portalı ilginc faktları açıqlayıb. Belə ki, daxil olan məlumata əsasən torpaqları alan vətəndaşlar tikdikləri mənzillərin sənədlərini almaq üçün Abşeron rayon Torpaq Şöbəsinə müraciət ediblər. Bələdiyyə sədrinin yalnız icarəyə verilməli olan torpaqları fərdi yaşayış evlərinin inşası üçün satması problemi ortaya çıxdıqda o, Abşeronun icra hakimiyyəti başçısı Zakir Fərəcovdan dəstək istəyib. Aldığımız məlumatlara əsasən icra başçısı bələdiyyə sədrinə dəstək verərək qanunsuz satdığı torpaqların ərazisini bir qədər qəsəbə istiqamətinə sürüşdürməsini istəyib. Abşeron İcra Hakimiyyətində və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində bu sürüşdürmə olayından xəbərdar olsalar da faktı digər dövlət qurumlarından gizlətməyə çalışırlar. Digər dövlət qurumlarından gizlətmə təşəbbüsü isə əsasən Nəqliyyat Nazirliyi ilə bağlıdır. Torpaqların sürüşdürülməsi kadastr üzrə dəmiryol xətlərinin mühafizə zolaqlarına qədər gedib çıxıb. Faktiki olaraq vətəndaşlar bələdiyyə sədrinin satdığı ərazilərdə mənzillər inşa edib, lakin DTXK-nin baş xəritəsində ərazilər dəmiryol xətlərinin mühafizə zolaqlarında görünməyə başlayıb. Aldığımız məlumata əsasən bələdiyyə mülkiyyətində olan otlaq sahələrinin yaşayış evi inşa etmək üçün satılması faktını Zakir Fərəcov artıq gizlətmək niyyətində deyil. Və hətta vətəndaşlar da bilir ki, aldıqları torpaqların sənədləri qanunsuzdur. Bu istiqamətdə araşdırmalarımız davam edir. Yaxın günlərdə adıçəkilən ərazilərlə bağlı ətraflı reportajlarımız olacaq. Bizi izləyin. Geri qayıt |