Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Sahibkarlar icra başçısının istefasını tələb edəcək

Sahibkarlar icra başçısının istefasını tələb edəcək


7-02-2014, 16:04
Sahibkarlar icra başçısının istefasını tələb edəcək
DİA.AZ: - Bir qrup neftçalalı sahibkar rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin istefası tələbi ilə aksiyaa hazırlaşır. Bu barədə DİA.AZ-a rayondakı iş adamları məlumat verib.

Xəbəri verən sahibkarlar bildirir ki, artıq iki ildir yerli iş adamları ilə icra başçısının arasında problem yaşanılır: В«Hətta bu problem səbəbindən İsmayıl Vəliyevin ən yaxın adamı belə həbsə göndərildi. Amma deyəsən, başçı öz bildiyindən əl çəkmək istəmir. Bəlkə də o, ümid edir ki, bizi öz istədiyi qanunlara, əvvəlki iş yerində hökm sürən rejimə öyrəşdirə biləcəkВ».

Narazı iş adamlarının sözlərinə görə, əgər İsmayıl Vəliyev özbaşına olaraq müəyyən etdiyi pul yığımını dayandırmasa, onlar etiraz aksiyası keçirəcəklər: В«Bütün rayondakı obyektlərdən yeni il başlayar-başlamaz pul yığmağa başlayıblar. Hamıya deyirlər ki, başçının tələbidir. Obyektlərimizin qarşısını öz pulumuzla təmir etdik. Halbuki həmin işlər icra başçısının ayağına yazıldı. Büdcədən nə qədər pul sildilər. Tamam, buna göz yumuruq. Amma bizdən əlavə haqq yığmağını dayandırmalıdırВ».

Onu da bildirək ki, sahibkarların tələbilə bağlı icra hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmayıb. Lakin yenə də qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq…

Geri qayıt