Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümova qarşı "facebook" təxribatı
Səlim Müslümova qarşı "facebook" təxribatı5-02-2014, 16:51 |
|
Səlim Müslümovun adından facebook səhifəsi yaradılıb. Virtualaz.org xəbər verir ki, bir neçə saat əvvəl facebookda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun adından səhifə yaradılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev virtualaz.org-a açıqlamasında həmin səhifənin saxta olduğunu bildirdi: "Bu profil saxtadır. Nazirliyin rəsmi facebook səhifəsi olsa da Səlim müəllimin sosial şəbəkədə səhifəsi yoxdur. Əgər belə bir səhifə yaradılarsa, biz bunu rəsmi şəkildə açıqlayacağıq". Geri qayıt |