Əsas Səhifə > Güney Press / Manşet > Xaçmazın hərbi komissarı HƏBS OLUNUB

Xaçmazın hərbi komissarı HƏBS OLUNUB


4-07-2023, 14:20
Xaçmazın hərbi komissarı HƏBS OLUNUB
DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətində həbslərin olacağı Arzu Rəhimovun gedişindən sonra intensiv olaraq anons edilməkdə idi. Deyəsən, belə bir ilk hadisə baş verib. Bu barədə DİA.AZ-a Xaçmazdan informasiya daxil olub.

Rayondan verilən məlumatda deyilir:

"Bu dəqiqələrdə Xaçmazın hərbi komissarının həbs xəbəri yayıldı.

Deyilənə görə, Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsi aparıb..."

Əlavə bilgilərimiz olacaq. DİA.AZ-ı izləməkdə davam edin...


Geri qayıt