Əsas Səhifə > Güney Press > Şinkar Holding
Şinkar Holding5-07-2023, 00:02 |
|
Şinkar Holding barəsində gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib. DİA.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddasinə görə, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir; İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində Vüsal Qurbanovun icraatındadır. Xatırladaq ki, Şinkar Holding 15.01.1999-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3 milyon manatdır. Qanuni təmsilçisi Ələsgər Mehdiyev Fərrux oğludur. Hüquqi ünvanı Az1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1, ev 3-də yerləşir. Geri qayıt |