Əsas Səhifə > Güney Press / Manşet > Bərdədə müəllimlər kütləvi etiraza hazırlaşır

Bərdədə müəllimlər kütləvi etiraza hazırlaşır


4-02-2014, 17:08
Bərdədə müəllimlər kütləvi etiraza hazırlaşır
DİA.AZ: - “Bərdə rayon təhsil şöbəsi müəllimlərdən pul yığır”. DİA.AZ bildirir ki, bu barədə Bizimxeber.az-a Bərdədən bir qrup müəllim məlumat verib. Onlar işdən çıxarılmaq təhlükəsini əsas gətirərək adlarının çəkilməsini istəmir. Müəllimlər iddia edir ki, onlardan bir aylıq maaşlarını tələb edirlər. Müəllimlər iddia edir ki, məsələnin kökündə Təhsil Nazirliyindən gələn komissiyanın “razı salınması” dayanır.
“Bizə deyirlər ki, komissiyanı razı salmaq üçün xeyli xərcə düşmüşük. Və bu sizə görə olub. Ona görə də bir aylıq maaşlarınızdan imtina etməlisiz”, – deyə müəllimlər bildirib. Çarəsiz qalan müəllimlər etiraz aksiyası keçirməyi planlaşdırır.
Məsələ ilə bağlı Bərdə rayon Təhsil Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb. Təhsil Nazirliyi də edilən zənglərə cavab verməyib. Yeri gəlmişkən, bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb.

Geri qayıt