Əsas Səhifə > Güney Press / Ana xəbər > Məktəb direktoru Təhsil Nazirliyinin şöbə müdirinə qarşı

Məktəb direktoru Təhsil Nazirliyinin şöbə müdirinə qarşı


4-02-2014, 15:21
Məktəb direktoru Təhsil Nazirliyinin şöbə müdirinə qarşı
Bu gün redaksiyamızda olan Suraxanı rayonu 285 saylı orta məktəbin keçmiş direktoru, В«Qabaqcıl təhsil işçisiВ» döş nişanı ilə təltif olunmuş, YAP üzvü Malik Qurbanov əməkdaşlarımıza qanunsuz və əsassız işdən çıxarılması ilə bağlı geniş müsahibə verib… Hazırda həmin müsahibə çapa hazırlanır.

Qısaca olaraq onu deyək ki, M.Qurbanov müsahibəsində qüsursuz işlədiyini və dəfələrlə Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunduğunu bildirməklə, nazir Mikayıl Cabbarova müraciət edərək qeyd edir ki, onun işdən çıxarılmasında Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun birbaşa rolu olmuşdur:

- Mənim əsassız və qanunsuz işdən çıxarılmağımda Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun mənə qarşı qərəzli mövqe tutması birbaşa rol oynamışdır… Səbəb də odur ki, onun məktəbimizdə işə götürtmək istədiyi Təranə Bağırova adlı bir müəllimə sənədləri ilə birlikdə yanımda olanda bildirdim ki, axı bizdə vakant yer yoxdur… T.Bağırova yanımdan Fərzəli Qədirova zəng etdi və ona dedi ki, В«Fərzəli müəllim, mən filankəsin adamıyam (Tanınmış generallardan birinin adı çəkilir - red.), yadınızdadırmı, olanda sizə pul verdi, siz də tapşırdınız və mənə iş yeri barədə məktub hazırlatdınız və s. Bu zaman F.Qədirov həmin xanımdan soruşdu ki, В«Pul məsələsini direktor eşitdimi?В». Müəllimə də ona В«Yox, eşitmədi…» dedi. Amma sonradan başa düşdüm ki, Fərzəli Qədirovun xahişi və təkidi ilə işə götürdüyüm həmin xanım bunu ona deyib… Elə hər şey də bundan başladı…

Bütün söhbət Malik Qurbanovun video-çıxışında öz əksini tapıb.

Daha geniş yazını isə tezliklə təqdim edəcəyik. Malik Qurbanovun nazir Mikayıl Cabbarovdan xahişi onu qəbul etməsidir: В«Cənab nazir! Məni qəbul etməyinizi xahiş edirəm… Çünki mən əsassız və qərəzli şəkildə işdən çıxarılmışam. F.Qədirovun məqsədi yerimə vaxtilə söz verdiyi həmin xanımı direktor təyin etdirməkdir. O, həmin xanımın əli ilə məni dəfələrlə şantaj etdirib və mən də məcbur olub ötən ilin sonunda həmin xanımı işdən çıxartdım… F.Qədirov da məndən bunun qisasını alır… Cənab nazir! Sizə Fərzəli Qədirovun qanunsuz fəaliyyəti barədə hər şeyi danışıb faktlarla təqdim edəcəyəm. Onun indinin özündə Sizin əleyhinizə, təhsilimizə yaraşmayan fəaliyyətinin qarşısı alınmalıdır!"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
В«TəzadlarВ»

Geri qayıt