Əsas Səhifə > Güney Press / Manşet > Vətən uğrunda SAVAŞIB... amma nə olsun ki...

Vətən uğrunda SAVAŞIB... amma nə olsun ki...


14-06-2023, 15:39
Vətən uğrunda SAVAŞIB... amma nə olsun ki...
Ömər Hüseynov İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Deyir, Qubadlı rayonunda gedən döyüşlərdə iştirak edib. Ö.Hüseynovun sözlərinə görə, Müdafiə Nazirliyinə rəsmi müraciət etsə də, ona veteranlıq statusu verilmir.

MN-nin sözçüsü Anar Eyvazov Toplum tv-yə bildirib ki, şikayətçi ünvanladığı müraciətdə lazımı bütün sənədləri göndərməyib. Ona konkret hansı sənədlərlə müraciət etməsi barədə məktub göndərilib.

Ö.Hüseynov deyir ki, məktubu alıb və yenidən müraciət edib. Hələlik isə müraciətinə cavab almayıb.

Toplum TV


Geri qayıt