Əsas Səhifə > Güney Press / Ana xəbər > İsmət Abbasovdan qalma kadrlara cinayət işi açıldı

İsmət Abbasovdan qalma kadrlara cinayət işi açıldı


3-02-2014, 18:04
İsmət Abbasovdan qalma kadrlara cinayət işi açıldı
DİA.AZ: - Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunub. Bu barədə DİA.AZ-a baş prokurorluqdan verilən məlumatda deyilir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumatlar araşdırılmışdır.

Araşdırmalarla cəmiyyətin Şəki rayon Aqroservis filialının vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi, əhaliyə göstərilən xidmətlərə görə onlardan yığılan pul vəsaitlərinin kassaya mədaxil edilməməsi, həmçinin yol verilmiş digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Geri qayıt