Əsas Səhifə > Güney Press / Manşet > Vəhabilər bu dəfə Şeyxlə Dövlət Komitəsini üz-üzə qoymağa çalışır
Vəhabilər bu dəfə Şeyxlə Dövlət Komitəsini üz-üzə qoymağa çalışır3-02-2014, 17:07 |
|
DİA.AZ: - Az əvvəl bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə kimlərin hücum etməsilə bağlı məlumat yaymışdıq və qeyd etmişdik ki, bu işdə məmurlardan bəziləri də maraqlı tərəf kimi çıxış edir. Xatırladaq ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri sonuncu mətbuat konfransında məmurlardan bəzilərinin və bəzi məmur övladlarının bu gün vəhabilərə açıq surətdə dəstək verdiyini bəyan etmişdi. Və elə bu da onları qisas almağa vadar etdiyindən, bu gün Şeyxə qarşı aparılan mətbu kampaniyanın arxasında onların dayandığı iddia olunur. Qeyd edək ki, vəhabi və nurçulara məxsus qruplar bu gün Allahşükür Paşazadə əleyhinə müxtəlif səpgili məlumatlar yaymaqdadır. Onu da bildirək ki, bu məlumatımız böyük rezonans yaratdığından hətta bəzi dairələr Şeyxə qarşı kampaniya ilə bağlı araşdırmaya da keçiblər. Məsələn, DİA.AZ-a daxil olan son informasiyaların birində vurğulanır ki, guya bu işdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də maraqlı tərəf kimi çıxış edir. Həmin iddiaları əsəslandıran mənbə redaksiyamızın elektron poçtuna yazdığı məktubunda bildirir ki, burada məqsəd QMİ-nin dini təriqətlər, habelə axund və imamlar üzərindəki nəzarət rıçaqlarının sıfıra endirilməsinə xidmət edir. İddialarını davam etdirən mənbənin sözlərinə görə, onların hədəfləri Şeyxi devirərək, yerinə В«Məşədi DadaşВ» məscidinin rəhbəri Şahin Həsənlini gətirməkdən ibarətdir. Bildirilir ki, dövlət komitəsi QMİ-nin səlahiyyətlərini sıfıra endirməyi, DQİDK-nin nümayəndəsi Elçin Əsgərovu iranmeyilli qüvvələrin nümayəndəsi kimi deputat seçdirməyi, Şeyxi ictimaiyyətin və hakimiyyətin gözündən salmağı, axund və imamları şantaj yolu ilə QMİ-nin nəzarətindən çıxarıb DQİDK-nin nəzarət zonasına salmağı və qeyd etdiyimiz kimi Şahin Həsənlini Şeyxin yerinə gətirməyi məqsəd edib. ![]() Daha sonra iddialarla həmçinin DQİDK-nin mətbuat xidmətinin rəhbəri Orxan Əliyevin İran mədəniyyət mərkəzinin yetirməsi olduğu da qeyd olunaraq, bütün bu planların arxasında İranın xüsusi xidmət orqanlarının da dayandığı xüsusi olaraq vurğulanır. Hər halda, bütün bu iddiaların əslində iz azdırmağa xidmət etdiyini təxmin etmək o qədər də çətin deyil. Birincisi, ona görə ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi əksinə, Şeyxin son qalmaqallı açıqlamasından sonra prosesə məhz QMİ sədrinin mövqeyindən yanaşdı. Yəni burada hansısa parçalanma və fərqlilik hiss olunmadı ki, bu faktın özü də əslində iz azdıranların, QMİ ilə dövlət komitəsini üz-üzə qoyanların elə vəhabilərin və yaxud da nurçuların olması barədə təəssüratlar yaradır. Digər tərəfdən, əgər dövlət komitəsi Şeyxə qarşı kampaniya aparırsa, bunun özü də səmərəsiz bir hadisədir. Və elə bu baxımdan hansısa kampaniyanın aparılması istisnadır. Hətta qurum rəhbərlərinin münasibətlərinin gərgin olması halında belə onların bir-birilərini yıxmağa çalışmalarının perspektivsiz fəaliyyət olduğunu hər iki tərəf anladığından belə bir işin baş verməsi inandırıcı deyil. Deməli, məsələ yenə də Şeyxin və eyni zamanda dövlət komitəsi rəhbərliyinin birgə olaraq hədəfə aldığı vəhabilərin, nurçuların üzərinə gəlir. Yəni bu gün Şeyxi vuran da, Şeyxlə Elşad İsgəndərovu üz-üzə qoymağa çalışan da elə vəhabilərin özləridir… Geri qayıt |