Əsas Səhifə > Güney Press > Qurban Əsgərovun BOKT-u ümidsiz kreditlərin hesabına
Qurban Əsgərovun BOKT-u ümidsiz kreditlərin hesabına6-06-2023, 10:39 |
![]() Azərbaycanda bir neçə il əvvəl yaradılmış və tam gücü ilə yenicə işə düşməyə başlayan В«Azkredit BOKTВ» ASC 2022-ci ilin nəticələrini açıqlayıb. DİA.AZ FED.az-a xəbər verir ki, В«Azkredit BOKTВ»u digər BOKT-lardan fərqləndirən cəhətlərdən biri odur ki, BOKT ənənəvi kreditləşmə ilə yanaşı, başqa qurumların ümidsiz kreditlərini geri toplamaqla da məşğuldur. Yeni fəaliyyətə başlayan BOKT 2021-ci ildə ciddi kreditləşməyə başlayıb və əlində olan pul vəsaitlərini 2022-ci ildə kreditlərə yönəldib. Nəticədə 2021-ci ildə BOKT-un kredit portfeli cəmi 130 min manat olduğu halda 2022-ci ildə bu rəqəm 7 dəfə artaraq 971 min manata yüksəlib. Yeri gəlmişkən, 2023-cü ildə В«AzkreditВ»in kreditlərinin daha da artacağı gözlənilir – 2022-ci ilin sonunda BOKT istiqraz bazarına da baş vurub və 500 min manat cəlb edib. В«AzkreditВ» illik 8%-lə cəlb edilən vəsaitləri əhaliyə illik 23-29%-lə verəcək. İstiqrazların faiz dərəcəsinin aşağı olması (bazarda BOKT istiqrazları üzrə orta gəlirlilik 10-12% ətrafındadır) göstərir ki, istiqrazları alıcısı BOKT-a yaxın şəxsdir. Kredit portfelinin artması özünü şirkətin gəlirlərində göstərib - 2022-ci ildə il şirkət ayırdığı kreditlərdən 109 min manat faiz gəliri əldə edib. Bu 2021-ci ildən 13 dəfə artıqdır – həmin vaxt faiz gəliri cəmi 8 min manat olmuşdu. Amma bu 109 min manat В«AzkreditВ» BOKT-un fəaliyyətini təmni etmək üçün kifayət etməyib. Əvvəla bu vəsaitin 16 min manatı ehtiyata ayrılıb və xalis faiz gəlirləri 92 min manata düşüb. Şirkətin inzibati xərcləri də 14% artıb və 2021-ci ildəki 1 milyon 230 min manata qarşı 2022-ci ildə 1 milyon 402 min manata yüksəlib. O cümlədən əmək haqqı xərcləri 827 min manatdan 969 min manata yüksəlib (17% artım). Belə böyük xərclərin olan В«AzkreditВ» ikinci fəaliyyət sahəsi – borcları yığmaq hesabına mənfəətə çıxa bilib. Məsələ bundadır ki, 2019-cu ildən fəaliyyətini dayandıran və iflas prosesində olan В«Vijn Fond AzərkreditВ» BOKĞT MMC-nin ümidsiz borcları В«AzkreditВ»ə keçib və sonuncu indi bu borcları yığmaqla məşğuldur. Müşahidələr göstərir ki, hazırda В«AzkreditВ»in əsas gəlirləri də borcları yığma fəaliyyətindən formalaşır. Belə ki, BOKT 2022-ci ildə bu sahədən 2 milyon 960 min manat qazanıb – həmin vəsait hesabatda В«Digər gəlirlərВ» kimi göstərilir. Nəticədə böyük inzibati xərclərə baxmayaraq, şirkət 1 milyon 650 min manat əməliyyat mənfəətinə çıxıb, 330 mni manatlıq vergi ödənişindin sonra isə xalis mənfəəti 1 milyon 320 min manat təşkil edib. Eyni vəziyyət 2-ci ildir davam edir - В«AzkreditВ» 2021-ci ildə də böyük inzibati xərclərini kredit yığımından gəlirlərlə (2 milyon 886 min manat) bağlamış və onun hesabına mənfəətə çıxmışdı – 1,33 milyon manat. 2022-ci ildə В«AzkreditВ» BOKT-un aktivləri təqribən 100 min manat azalaraq 1980 min manatdan 1880 min manata enib baxmayaraq ki, aktivlərin faydalı hissəsi – kredit portfeli 7 dəfə böyüyüb. Şirkətin öhdəlikləri 325 min manat, cəmi kapitalı isə 1 milyon 555 min manat olub. Bunun 300 min manatı nizamnamə kapitalı, 1255 min manat isə bölüşdürülməmiş mənfətdir. В«AzkreditВ» BOKT-un sahibi Qurban Əsgərovdur – şirkətin hər birinin qiyməti 100 manat olan 3 min səhminin hamısı ona məxsusdur. ![]() ![]() Geri qayıt |