Əsas Səhifə > Güney Press / Ana xəbər > Əhməd Əhmədzadənin adamı fəlakətə səbəb ola bilər

Əhməd Əhmədzadənin adamı fəlakətə səbəb ola bilər


1-02-2014, 12:22
Əhməd Əhmədzadənin adamı fəlakətə səbəb ola bilər
Əyriçay Su Anbarı İstismarı İdarəsi rayonun təsərrüfatlarının suvarma suyuna olan tələbatının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tələbatın ödənilməsi məqsədilə hər il su anbarına 10 milyonlarla kubmetr həcmində su ehtiyatı yığılır. Sonradan isə həmin su nasos stansiyası vasitəsilə anbardan əkin sahələrinə verilir. İdarənin fəaliyyətində 10 min hektardan çox əkin və həyətyanı sahələrin suvarılması nəzərdə tutulmuşdur. Bundan başqa istismar idarəsinin kollektivi tərəfindən həmçinin suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət və sel sularının hidrotexniki qurğulardan maneəsiz buraxılması üçün zəruri tədbirlərin həyata keçirilməsi işləri də təmin edilməlidir. Bu məqsədlərlə müxtəlif hidrotexniki qurğuların, kanal və boru kəmərlərinin cari təmir işləri, istismar yollarının saz vəziyyətdə saxlanması həyata keçirilməlidir. Habelə stansiyanın fasiləsiz işləməsini təmin etmək məqsədi ilə nasos aqreqatları və digər mexaniki avadanlıqlar, elektrik mühərrikləridaim işlək vəziyyətdə olmalıdırlar. İl ərzində su anbarında lildən təmizləmə işləri də vaxtlı-vaxtında yerinə yetirilməlidir. Lakin rdaksiyamıza daxil olan məlumatlarda Əyricay Su Anbarı İstismar İdarəsinin rəisi Məmməd Qasımovun səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları səbəbindən bütün bu işlərin icrasında kifayət qədər ciddi nöqsanların müşahidə olunduğu bildirilir. Yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda xüsusi olaraq vurğulanır ki, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin bəzi əməkdaşları yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bununla yanaşı isə mənbələr Məmməd Qasımov tərəfindən mütəmdi olaraq mətbuata verilən məlumatlarda, eləcə də yuxarı instansiyalara təqdim olunan hesabatlarda keçən rəqəmlərin şişirdilmiş olduğunu və reallığı əks etditmədiklərini iddia edirlər. Daha sonra məlumatlarda bildirilir ki, idarədə məhz yeni texnika və avadanlıqların alınması xüsusunda külli-miqdarda mənimsəmələrə yol verilir. Maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Məlumatlarda bu da bildirilir ki, Əyriçay Su Anbarı İstismarı İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə “ölü canlar” təcrübəsi də geniş tətbiq olunur. Bundan başqa isə idarə rəhbərliyi tərəfindən nasos stansiyasının enerji təminatı üçün çəkilmiş elektrik xətlərinin istismarında da ciddi qanun pozuntularına yol verilir. Belə ki, mənbələrin iddialarına görə, Məmməd Qasımov arzu edən vətəndaşlara stansiyanın elektrik xətlərinə əlavə xəttlər qoşmaq imkanı yaradır. Bununla da qarşı tərəf ucuz elektrik enerjisi, Məmməd müəllim isə əlavə gəlir mənbəyi əldə etmiş olurlar. Təbii ki, bu maxinasiyada uduzan yenə də dövlət büdcəsi olur...

Geri qayıt