Əsas Səhifə > Güney Press / Ana xəbər > Eldar Əzizov Sumqayıt küçələrinin qarını məktəblilərə təmizlətdirir

Eldar Əzizov Sumqayıt küçələrinin qarını məktəblilərə təmizlətdirir


1-02-2014, 11:42
Eldar Əzizov Sumqayıt küçələrinin qarını məktəblilərə təmizlətdirir
Sumqayıtda qarın yağmasından sonra bir sıra yollar bağlanıb. Şəhərin icra başçısı Eldar Əzizov isə həmin yolları qardan təmizlətmək üçün olduqca utancverici və eybəcər qərar verib. Məktəb müəllimlərindən birinin JAM.AZ-a verdiyinə görə, icra başçısı şəhər Təhsil Şöbəsinin müdirinə göstəriş verib ki, yolların qardan təmizlənməsi üçün əlavə qüvvəyə ehtiyac var və o səbəbdən də bütün uşaqları küçələrə çıxarmalıdır.

Məlumatı verən müəllimin dediyinə görə, bu göstərişdən sonra Sumqayıtdakı bütün orta məktəblərdə oxuyan uşaqları qar təmizləmək üçün küçələrə çıxarıblar. Valideynlər isə məsələdən gec xəbər tutduqlarından uşaqlarını aparana kimi, iş işdən keçib.

Geri qayıt