Əsas Səhifə > Güney Press / Manşet > Müdafiə Nazirliyində kadr islahatı - Dəyişikliklərə bağlı rəsmi açıqlama gəldi

Müdafiə Nazirliyində kadr islahatı - Dəyişikliklərə bağlı rəsmi açıqlama gəldi


30-01-2014, 18:20
Müdafiə Nazirliyində kadr islahatı - Dəyişikliklərə bağlı rəsmi açıqlama gəldi
DİA.AZ: - Müdafiə Nazirliyində yeni kadr islahatları olub. DİA.AZ bildirir ki, bu barədə tanınmış hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. Həmin məlumatı diqqətinizə təqdim edirik:

“Müdafiə Nazirliyində növbəti kadr dəyişiklikləri həyata keçirilib. Bu gün, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov tutduğu vəzifədən azad edilərək məzuniyyətə göndərilib. Onun vəzifələrini isə HDQ-nin qərarhah rəisi 1-ci dərəcəli kapitan Yunus Məmmədov icra edir. Yaxın günlərdə komandan vəzifəsinə çoxlarını şoka salacaq bir şəxsin təyin ediləcəyi bildirilir.
Müdafiə naziri Zakir Həsənov tərəfindən Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş polkovnik Mahmud Ağadadaşov tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılmışdır. Polkovnik M.Ağadadaşovdan əvvəl bu vəzifəni tutmuş polkovnik Vidadi Əsgərov isə HHQ və HHM qoşunlarının hərbi hissə komandiri vəzifəsindən Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusuna yeni təyinat almışdır. Bir müddət bundan əvvəl Zakir Həsənovun əmri ilə Hərbi Nəşriyyata rəis təyin edilmiş, sonradan əmri ləğv edilmiş polkovnik-leytenant Rəşad Abuzərov isə MN-nin Mərkəzi Zabitlər Evinin rəisi vəzifəsinə təyin edilmişdir.
Vəzifəsindən bu yaxınlarda çıxarılmış 3 general isə çox müəmmalı şəkildə Naxçıvana aşağı vəzifələrə təyinat alıblar.
Digər diqqətçəkən təyinatlar da var. Yəqin ki onlar haqqında MN özü məlumat versə yaxşı olar”.

***

Müdafiə Nazirliyinin polkovniki işdən çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, nazirlikdə şöbə rəisi vəzifəsində çalışan polkovnik Mahmud Ağadadaşov yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

Mətbuat xidmətindən həmçinin Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov işdən çıxarılması barədə xəbərlər təkzib edilib.

Geri qayıt