Əsas Səhifə > Güney Press / Ana xəbər > İran-Ermənistan əlaqələrinə etiraz etdiyinə görə həbs olunan azərbaycanlı din xadimi azadlığa çıxıb
İran-Ermənistan əlaqələrinə etiraz etdiyinə görə həbs olunan azərbaycanlı din xadimi azadlığa çıxıb30-01-2014, 17:43 |
|
“Oyannews”un verdiyi məlumata görə, höccətülislam Əbdüləziz Əzimi Qədim yanvarın 29-da həbs cəzasını tamamladıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Qeyd edək ki, Ə. Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Azərbaycanlı fəal bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. O, daha sonra - 2013-cü il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb. Ə. Qədim din xadimi olduğundan, onun məhkəmə prosesi iyulun 1-də Təbriz Ali Ruhaniyyət Məhkəməsində baş tutub. Azərbaycanlı fəala qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq və icazəsiz aksiyada iştirak etmək ittihamları irəli sürülüb. Məhkəmə prosesi qapalı və vəkilsiz keçirilib. Ə. Qədim vəkillə təmin edilməyib. Azərbaycanlı din xadimi 7 ay 1 gün azadlıqdan məhrum edilib. Azərbaycanlı din xadimi 2013-cü il sentyabrın 18-də həbs cəzasını çəkməsi üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. Geri qayıt |