Əsas Səhifə > Güney Press / Manşet > Dövlətin sərvətinə XAİN MÜNASİBƏT...

Dövlətin sərvətinə XAİN MÜNASİBƏT...


17-05-2023, 15:32
Dövlətin sərvətinə XAİN MÜNASİBƏT...
DİA.AZ: - " "28 May" NQÇİ- nin Günəşli yatağında hasil olunan neft qaz hasilatnı bilərəkdən məhv edirlər. Normal hasilatlı 2 cərgəli quyuları perspektivsiz və elmə məlum olmayan üsul ilə, 3 cərgəli quyuya çevirib məhv edirlər". DİA.AZ bildirir ki, bu barədə neftçilərdən birinə istinadla tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Açıqlama verib.

NHMT sədri daha sonra belə davam edir... həm də istinadla: "Məsələn 30 m3 kondensat, 150.000 qaz hasil edilən iki cərgəli quyunu saxlayırlar. Yuxarı horizontdan yeni süzgəc açırlar. Güya iki süzgəclə işlədib hasilat almaq istəyirlər, amma məhv edirlər. Axı niyə başa düşmürlər ki, bir horizontda problem olanda işləyən quyunu da saxlamağa məcburdurlar. 13,19,7 və 8 saylı özüllərdə yüksək qaz hasil edən quyuları saxlayıb məhv elədilər.

Quyuda qəzalı boru qala-qala quyunu mənimsəmək olar? Planı doldurmaq üçün nizamlayıcını artırıb layda niyə depressiya yaradıb layı məhv edirlər ki? DDÖ- 13 də 130 min qaz hasil edən quyunu da dünən axşam saxladılar 3 sıralı eləmək üçün . Neft sənayemizi məhv edirlər... Sosial təminat cəhətindən geriyə gedirik. Vaxtı vaxtında paltar, ayaqqabı, əlcək, sabun və lazımı sosial təminatımız yoxdur.

Adam var ki 2016-cı ildən paltar almır, adam var 2019 dan qış gödəkçəsi almır. 3 ildi isitmə soyutma sistemi işləməyən özüllər var, qışda soyuqdan, yayda istidən istirahət edə bilmirik. Nazas mexanizminlərə avadanlıq gəlmir. Dərdimizi kimə deyək? Niyə araşdırılmır? Niyə neft sənayemiz məhv olur? Niyə işçilərə belə biganə yanaşırlar? Helkopter tüstüləyir heç kəsin vecinə deyil. Özləri lüks yerlərdə istirahət edir amma bizə lazımı qayğı göstərilmir. Həmkarlar İttifaqı sədri özünə aid işlə maraqlanmır, gedib sahədə bulaşmış neft axtarır... irad tutur. Axı onun işi sahədən irad tutmaq deyil. Bizim haqlarımızı qorumaqdır. Dediyimiz kimi Günəşli yataqını sistemi şəkildə məhv edirlər. Heç kəs səs çıxarmır".

İddia olunanlarla bağlı diaaz.space olara qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt