Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > Mikayıl Cabbarov Misir Mərdanovun В«qəliz sistemiВ» ilə üz-üzə qalıb
Mikayıl Cabbarov Misir Mərdanovun В«qəliz sistemiВ» ilə üz-üzə qalıb30-01-2014, 13:07 |
![]() DİA.AZ: - Bir neçə gün əvvəl məlumat yayıldı ki, təhsil naziri Mikayıl Cabbarov bir sıra rayonların təhsil idarələrinin müdirlərini dəyişməyə hazırlaşır. Amma ardından sözügedən istiqamətdə hər hansı hərəkətlənmənin müşahidə olunmadığı bəlli oldu. Bunun sən demə, özəl nədənləri var imiş. Bu barədə DİA.AZ-a danışan TN-dəki məlumatlı mənbə bildirir ki, nazir Mikayıl Cabbarov yerlərdəki idarə müdirlərini dəyişməkdə də yetərli gücə sahib deyil: В«Maraqlıdır ki, yerlərdə əksər təhsil şöbəsi müdirləri icra başçılarının himayəsi altında olduğundan nazir çox ciddi problemlər yaşayırВ». В«Hər bir icra başçısı da hansısa məmurun himayəsi altındadırВ» deyən mənbə iddia edir ki, məhz buna görə də Mikayıl Cabbarovun başlatmaq istədiyi məlum proses yubanmaqdadır: В«Başçıya söz deyirsən, onun arxasında dayanan nazir danışır. Misir Mərdanov çox qəliz sistem qoyub gedib»… Geri qayıt |