Əsas Səhifə > Güney Press / Manşet > 1-ci qrup Qarabağ əlilindən məmurlara şok müraciət

1-ci qrup Qarabağ əlilindən məmurlara şok müraciət


29-01-2014, 17:22
1-ci qrup Qarabağ əlilindən məmurlara şok müraciət
DİA.AZ: - Son günlər Qarabağ əlillərinin canına qıyması digər əlillər tərəfindən böyük narahatçılıqla qarşılanmaqdadır. Elə cəmiyyətin özündə də canını bu millət və dövlət uğrunda fəda etmiş insanların yaşadıqları kifayət qədər narahatçılıq yaradır.

DİA.AZ-a müraciət edən əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olan, hazırda Ağdam rayonu Alıbəyli-1 qəsəbəsində 31 saylı evdə yaşayan Məhəmməd İsmayılov da baş verənləri QARABAĞ ƏLİLLƏRİNİN QƏTLİAMI kimi təqdim edərək, bunun durdurulması üçün vəzifə başında olan şəxslərə müraciət edir:

В«Mən özüm də birinci qrupp əliləm. Burada məmurlara üz tuturam. Sizi yaradan Allah bizi də yaradıb. Unutmayın ki, bizi əlil edən Allah sizləri bizə cavabdehliyinizə görə sınağa çəkir. Və bunun bədəlini Allah qarşısında verəcəksiniz.

Əgəro bu gün hansısa əlil özünü yandırırsa, ən əziz şey olan canına qıyırsa, deməli, bu, onun həyatında son həddir. Siz, bizi başa düşün»…

Daha sonra 1-ci qrupp əlil olan Məhəmməd İsmayılov məmurları prezidentin göstərişlərinə əməl etməyə çağırır: В«Cənab prezidentin biz əlillərə görə verdiyi qanunlara riayət edin, imxaladığı əmrləri nəzərə alın. Bilin ki, əlilləri öz canlarına qıymağa məcbur edənlərə nəinki cənnətdə, heç cəhənnəmdə də yer olmayacaq. Kəfənin cibi olmur. Kimsə dünya malını özü ilə aparmayacaq. Allahı unutmayınВ».

1-ci qrup Qarabağ əlilindən məmurlara şok müraciət
Geri qayıt