Əsas Səhifə > Güney Press > "PAŞA Holding"in rəhbər heyətində dəyişikliklər olub

"PAŞA Holding"in rəhbər heyətində dəyişikliklər olub


5-05-2023, 14:02
"PAŞA Holding"in rəhbər heyətində dəyişikliklər olub
5 may 2023-cü il tarixindən etibarən "PAŞA Holding"in rəhbər heyətində bir sıra dəyişikliklər baş verib.

Belə ki, PAŞA Holding-in baş icraçı direktorunun müavini / Maliyyə Biznes Qrupunun direktoru Fərid Məmmədov baş icraçı direktorun müavini / EKO sistem üzrə baş icraçı direktor vəzifəsinə təyin edilib.

Eyni zamanda Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev "PAŞA Holding"in baş icraçı direktorunun müavini / Korporativ Bankçılıq və Sığorta üzrə direktor və Kapital Bankın Müşahidə Şurasının sədri vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Fərid Məmmədov 2012-ci ildə Risklərin İdarəedilməsi departamentinin direktoru olaraq, Rövşən Allahverdiyev 2007-ci ildə PAŞA Bankın İdarə Heyətinin sədr müavini olaraq PAŞA Qrupa qoşulmuşdurlar.

"PAŞA Holding"in rəhbər heyətində dəyişikliklər olub
"PAŞA Holding"in rəhbər heyətində dəyişikliklər olub

Geri qayıt