Əsas Səhifə > Güney Press / Ana xəbər > Səfərbərlik elan edilməsi üçün imza toplanılmasına başlanıldı

Səfərbərlik elan edilməsi üçün imza toplanılmasına başlanıldı


29-01-2014, 10:05
Səfərbərlik elan edilməsi üçün imza toplanılmasına başlanıldı
Son dönəmlər cəbhə xəttində vəziyyət xeyli gərginləşib. Artıq Ermənistan ordusu mütəmadi olaraq işğal altındakı Qarabağ torpaqlarından və sərhədyanı ərazilərdən Azərbaycan Ordusunu atəşə tutmaqdadır. Hələ bir neçə gün bundan əvvəl Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində hərbi manevrlərin edildiyi də müşahidə olunmuşdu.

Qeyd edək ki, cəbhədə vəziyyətin gərginliyinə dəlalət edən amillər sırasında daha bir fakt isə Azərbaycana məxsus qırıcı təyyarələrin Qarabağ səmasında uçuşlar etməsidir. Bundan başqa, dünən Prezident Admnistrasiyasının rəsmisi Novruz Məmmədov da bəyan edib ki, Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlaması istisna edilmir.

JAM.AZ xəbər verir ki, mütəmadi olaraq yayılan xəbərlərdən sonra ölkədə bir qrup gənc təcili Səfərbərliyin elan edilməsi tələbi ilə imzatoplama kampaniyasına başlayıb. Avaaz.com saytında yaradılan petisiya vasitəsi ilə imza toplayan şəxslər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə Qarabağı istədiklərini bəyan edən təşkilatçılar bildirirlər ki, atəşkəs dövründə minlərlə əsgər şəhid veriblər və bunun bundan sonra belə davam etməsi ilə barışmaq niyyətində deyillər. В«Ya Lazım gəlib çıxsın, ya da biz Lazım olanı edəcəyik. Ali Baş Komandanın əmrini gözləmək yerinə xahiş edirik, xahişdən daha çox tələb edirik ki, təcili Səfərbərlik elan edilsinВ».

Qeyd edək ki, qısa müddət ərzində petisiyaya qoşulanların sayı 1000 nəfəri keçib. İmzalar toplanıldıqdan sonra isə rəsmi qurumlara göndəriləcək.

Geri qayıt