Əsas Səhifə > Güney Press / Manşet > Qafqaz Universitetində və vəhabi ocaqlarında əməliyyat tədbirləri gözlənilir
Qafqaz Universitetində və vəhabi ocaqlarında əməliyyat tədbirləri gözlənilir28-01-2014, 19:16 |
![]() DİA.AZ: - Məlum olduğu kimi, bu gün bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə olduqca sərt açıqlamaları ilə diqqətə gəldi. Belə ki, ölkəmizdə fəaliyyətdə olan qeyri-ənənəvi dini cərəyanlara qarşı özünün sərt mövqeyini ifadə edən bütün Qafqazın Şeyxi ilk dəfə idi ki, ad çəkərək hücuma keçdi. Təbii ki, bütün bunlar çoxdan baş verməli idi. Ən əsası isə o idi ki, Şeyxin dedikləri cəmiyyətin ürəyincə oldu… Şeyx kimləri hədəfə aldı? Bügünkü tədbirin gedişatından, habelə Şeyxin açıqlamalarından hiss olunanı o idi ki, əsas hədəf vəhabilərdir. İllər uzunu Azərbaycan gənclərinin beyinlərini yeyən və artıq öz acı nəticələrini göstərən vəhabilər… Artıq onlarla Azərbaycan oğlu Suriyada absurd amallar uğrunda həlak olub. Onların bu fədakarlıqlarının isə nə İslama və nə də ki, Allahın buyurduğu mübarək dəyərlərə heç bir aidiyyatının olmadığını Şeyx bu gün dedi. Biz isə dünən də bu barədə yazırdıq, bu gün də yazırıq, sabah da yazacağıq. Yazacağıq ki, bu adamlar əslində Azərbaycan türkünün milli və dövlət maraqlarını rəsmən təhdid edirlər. Elə buna görə də Şeyxin də dediyi kimi, əslində konkret olaraq məmurların himayəsi altında olan bu təriqətlər Azərbaycan dövlətinin ədalət mühakiməsinə buraxılmalıdır. Ramil Usubov da danışdı… Bəli, ilk dəfə idi ki, Azərbaycanın daxili işlər naziri cənab Ramil Usubov da vəhabilərlə bağlı müvafiq təlimatlarını verdi. Aydın olanı isə odur ki, hakimiyyət, Azərbaycanın dövlət rəhbərliyi problemin əlahiddə səviyyədə ciddiyyət qazanmasını görür. Bu, müsbət bir hadisədir. Və Azərbaycan cəmiyyəti bu gün nəhayətdə tədbirlərin görüləcəyinə ümidlidir. Ən azından ona görə ki, Qarabağda şəhid olmalı olan oğullarımız bir qrup vəhabi əlaltısı tərəfindən zobmiləşdirilərək Suriya çöllüklərində tələf edilir. Onlar bəlkə də bu vətəndən imtina ediblər. Amma biz onlardan imtina etməmişik. Onların hər biri Azərbaycan vətəndaşlarıdır və onları Azərbaycan bir vətən olaraq hər zaman bağırlarına basmalıdır. Belə olmalıdır… Tədbir görüləcək… DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, təkcə vəhabilərə qarşı yox, həm də Şeyxin bugünkü tədbirində hədəf kimi diqqətə gələn nurçulara, digər bölücü təriqətlərə qarşı tədbirlər görüləcək. Hətta məlumatı verən qaynaq iddia edir ki, hazırda nurçuların əsas yuvalarından biri kimi tanınan Qafqaz universitetinin özündə belə əməliyyat gözlənilir. Artıq belə bir xəbər də yayılıb ki, bu ali təhsil ocağının bir qrup müəllimi qanunsuz olaraq ideoloji təbliğat aparmaqda belə ittiham olunurlar. Gələn məlumatlara görə, yaxın günlərdə bir neçə istiqamətdə bu tipli tədbirlər görüləcək. Xeyirlisi olsun… Geri qayıt |