Əsas Səhifə > Güney Press / Manşet > Şamaxıda şəhid ailələri etinasızlığa etiraz olara özlərini yandıracaqlarını dedilər

Şamaxıda şəhid ailələri etinasızlığa etiraz olara özlərini yandıracaqlarını dedilər


28-01-2014, 18:19
Şamaxıda şəhid ailələri etinasızlığa etiraz olara özlərini yandıracaqlarını dedilər
DİA.AZ: - Şamaxı rayonunun ziyalıları,ağsaqqalları,gəncləri və şəhid ailələri tərəfindən prezident İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Biz şamaxılılar yazıb bildiririk ki,Şamaxı rayonundakı Şəhidlər xiyabanı bir neçə il bundan qabaq bərbad vəziyyətə düşmüşdür.Baş daşları sınıb tökülmüş,qəbirlər sürüşərək yerindən oynamışdır.Dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinə və digər yuxarı orqanlara məlumat verilsədə,artıq 3 ilə yaxındır ki, Şəhidlər xiyabanının girişində “Müvəqqəti təmirə dayandırılıb”lövhəsi vurularaq heç bir iş görülmür.

Hər il 20 yanvar Şəhidlərin anım günündə eləcədə başqa vaxtlarda şəhidləri ziyarət etmək istərkən,xiyabanın ətrafında çəkilən hasara görə içəri daxil olmaq olmur.Şəhidlərimizin bizlərin yolunda canlarını verdiyini nəzərə alıb,onların nə qədər müqəddəs olduğunu anlayanda bu hərəkət onların ruhuna böyük hörmətsizlik olur.Azərbaycanın inkişaf etdiyi bir dövrdə,minlərlə tikintilərə külli miqdarda pul ayrıldığı bir vaxtda Şəhidlərimizin uyuduğu yeri bərpa etdirməmək nə dərəcədə doğrudur?Digər lazımsız yerlərə milyonlar xərcləyə bilirlər,amma kiçik Şəhidlər xiyabanını təmir edə bilmirlər.Buranın rayonun girişi olduğunu nəzərə alsaq,gündə buradan digər rayonlara minlərlə insanın keçir ki,onlarda Şamaxıda şəhidlərə belə kobud hörmətsizliyi necə qəbul edirlər bilmirik.Cənab prezident,biz şamaxılılar o yer qalmayıb ki,ora müraciət etməyək.Sonda ümidimiz sizədir,eşitdiyimizə görə həmin ərazinin Şamaxı rayon icra başçısı tərəfindən Gilan Holdinqə satılıb.

Orada otel və istirahət mərkəzi tikiləcək.Bu dərəcədə biyarbırçılıq olarmı?Şamaxıda min hektarlarla boş ərazi qala-qala,Şəhidlərin qəbrini köçürdüb yerində otel və istirahət zonası tikmək olarmı?Heç Şəhid qəbirlərinidə satmaq olar?Belə rəzalət,biyabırçılıq Azərbaycanın heç bir bölgəsində olmayıb.Biz hələdə bu xəbərin şokundan ayıla bilmirik,bu əsl şokdu,rəzalətdi,biyabırçılıqdı.İnsan inana bilmir.Məmurlar yəni o qədər harınlayıb ki,Şəhidlərin qəbrini dağıdıb,yerində istirahət zonası tikdirir?

Yəni Azərbaycan xalqı bu qədərmi alçalıb?Erməni bunu eşitsə,sevinməzmi?Belə çıxırki,Şamaxı icra hakimiyyətinin rəhbərliyi ermənilərə dəstək olur.Bəlkədə aralarında erməni varki,imkan vermirlərki,3-4 ildi bu xiyabanın bəxti açılmır.Rayonumuzun gəncləri bunu görüb necə vətənpərvər ruhda böyüyə bilərlər ki?O qəbirlər oradan köçürüləndə şəhidlərimizin ruhu inciyəcək axı.Bu işə görə əsas cavabdeh insan icra başçısı Asİf Ağayev və onun müavinləridir.

Asif Ağayev və 1-ci müavin Qasım Qasımov Şamaxını yaman günə qoymaqları,rayona ayrılan pulları mənimsəmələri az deyilmiş kimi,Şəhidlər xiyabanınıda satıb pul qazanmaq istəyirlər.Cənab prezident,sizdən çox xahiş edirik ki,bu məsələnin həllində bizlərə köməklik edəsiniz ki,xiyabanı köçürülməsin və əsaslı təmir olunsun.Əks təqdirdə biz həmin şəhidlərin valideynləri özümüzü Şamaxı Rayon İcra Hakimiyyətinin qarşısında yandıracağıq”.

Şamaxıda şəhid ailələri etinasızlığa etiraz olara özlərini yandıracaqlarını dedilər
Geri qayıt