Əsas Səhifə > Güney Press > "Geoengineering" MMC gömrük qaydalarını pozub
"Geoengineering" MMC gömrük qaydalarını pozub1-05-2023, 10:53 |
|
"Geoengineering" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. DİA.AZ FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir. İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun icraatındadır. Geri qayıt |