Əsas Səhifə > Güney Press / Manşet > Zərdabda kütləvi şəkildə vəhabilik yayılıb

Zərdabda kütləvi şəkildə vəhabilik yayılıb


28-01-2014, 15:29
Zərdabda kütləvi şəkildə vəhabilik yayılıb
DİA.AZ: - Bu gün Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Azərbaycandan Suriyaya və başqa dövlətlərə döyüşmək üçün insanları aparan dini qruplaşmalarla bağlı olaraq sərt bir fətva qəbul olundu. Ölkə ərazisində dini radikalizmi təbliğ edən qruplaşmalarla bağlı olaraq açıqlanan bu bəyanat kifayət qədər sərt oldu. Lakin GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara əsasən ölkənin bir sıra rayonları kimi Zərdab rayonunda artıq dini qruplaşmalar kifayət qədər aktivləşməyə başlayıblar. Qeyd edək ki, Zərdab rayonun icra hakimiyyətinin başçısı Lütfəli Babayev QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə yaxınlığına görə tanınır. Zərdabın əsasən sünni təriqətindən olan kəndlərində vəhabiliyin sürətlə yayıldığını bildirən sakinlər iddia edirlər ki, rayonun mərkəzi məscidlərində də onların kompakt halda fəaliyyətə başladıqları və təbliğat apardıqları müşahidə olunur.

Hətta bu yaxınlarda rayon məscidlərinin birində möminlər arasında qarşıdurma yarandığı da söylənilir. Mənbəmiz bildirir ki, icra başçısı uzun müddətdir ki, rayonda olmadığından bəzi dini qruplaşmalar kifayət qədər aktivləşməyə başlayıblar. Onların özlərinə tərəfdarlar toplaması prossesi isə aktivləşib. Hələlik adı və soyadı bizə bəlli olan, lakin dəqiqləşdirmələr apardığımız bir neçə sakinin Suriyaya döyüşmək üçün getdiyi deyilir. Bu faktla bağlı araşdırmalarımız davam edəcək.

Geri qayıt