Əsas Səhifə > Güney Press > "Gulfstream Disburtion" MMC uzun fasilədən sonra yenidən

"Gulfstream Disburtion" MMC uzun fasilədən sonra yenidən


28-04-2023, 10:36
"Gulfstream Disburtion" MMC uzun fasilədən sonra yenidən
"Gulfstream Disburtion" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayeva hakim təyin edilib.

Xatırladaq ki, "Gulfstream Disburtion" MMC daha öncə də həmin məcəllənin 482.3-cü maddəsi ilə məhkəməyə verilmişdi.

Geri qayıt