Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümov Fizuli Ələkbərovun xidmətlərinə necə sahiblənir
Səlim Müslümov Fizuli Ələkbərovun xidmətlərinə necə sahiblənir28-01-2014, 14:31 |
![]() Ötən ilin sonlarında ölkənin əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov təyin olundu. S. Müslümov Füzuli Ələkbərovun yerinə təyinat alandan sonra özü şəxsən açıqlamalar verdi ki, islahatlara başlayacaq. Onun ictimayyətə təqdim etdiyi ilk islahat ünvanlı sosial yardımların təyin edilməsi və verilməsi ilə bağlı oldu. Lakin nazirin yardım alanların siyahıını internet saytına yerləşdirməsi məsələsi kifayət qədər müəmmalı oldu. Məlum oldu ki, əslində bu В«islahatВ» Füzuli Ələkbərovun dövründə həyata keçirilib. Lakin texniki heyyətin səhlənkarlığı üzündən nazirliyin saytında yerləşdirmə bir qədər yubanıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara əsasən S.Mülmüovun bu В«islahatıВ» ilə bağlı olaraq F.Ələkbərov bütün rayon idarələrinə göstirş də veribmiş. Məhz ünvanlı sosial yardımların verilməsi ilə bağlı olaraq belə bir islahatın həyata keçirilməsi məsələsi bir qədər diqqəti çəkdi. Məlum oldu ki, əslində belə bir islahatın həyata keçirilməsi prossesinin özündə də kifayət qədər qüsurlar var. Məsələn rayonlar üzrə açıqlanan ünvanlı sosial yardım alanların siyahısı əlifba sırasına uyğun tərtib edilib və sayta yerləşdirilib. Bir rayon üzrə azı 50 min insan yaşayırsa və onların da arasından 5 min nəfər ünvanlı sosial yardım alırsa, o zaman heç bir halda hansı insanın hansı ərazidə yaşadığını müəyyən etmək mümkün deyil. Əgər Səlim Müslümov məhz bu siyahıları açıqlayaraq ünvanlı sosial yardımların verilməsi ilə bağlı şəffaflığı təmin etmək istəyirdisə, o zaman yardım alanların siyahısı üzrə kənd-kənd adlı olaraq sayta yerləşdirmək lazım gəlirdi. Aldığımız məlumatlara əsasən məhz ünvanlı sosial yardım alanların adlı siyahılarının kəndlər və qəsəbələr üzrə ictimayyətə açıqlanması prosseduru Füzuli Ələkbərovun dövründə müəyyən edibilmiş. Sadəcə olaraq yeni nazir tələsik olaraq sələfinin həyata keçirmək istədiyi və başlatdığı layihəni ictimailəşdirdi. Lakin məlum oldu ki, aparılmış texniki işlər yarımçıqdır. İndi tutaq ki, Yardımlıdan olan bir vətəndaş yaşadığı rayonda ünvanlı sosial yardım alan insanların siyahısında kimlərin bu yardıma həqiqətən ehtiyacının olub-olmaması məsələsində dövlətə kömək etmək istəyirsə, o yaşıdığ ərazi üzrə vətəndaşları ümumi rayon əhalisinin arasından necə müəyyən edəcək? Hər halda çox primitiv məntiqlə Səlim Müslümov da bilməmiş deyil ki, bir vətəndaş bütövlükdə bir rayon üzrə ünvanlı sosial yardım alanların adını billə bilməz, o insanları tanıya bilməz. Bundan başqa dünən mətbuatda Səlim Müslümovun sanki şok effekti verən bir açıqlaması kimi təqdim olunan bir xəbər də diqqətimizi çəkdi. Xəbərdə ünvanlı sosial yardımların təyin edilməsi və verilməsi məsələsində elektron xidmətlərdən istifadə ediləcəyi bildirilirdi. Nazir açıqlamasında dedi ki, müvafiq dövlət qurumları ilə aparılan danışıqlar nəticə versə, ilin sonuna qədər ünvanlı sosial yardımlarla bağlı təyin dəyişəcək. Yəni bu islahata əsasən yerlərdə məmurlar yardımların təyin edilməsi prossesində heç bir halda iştirak etməyəcəklər. Lakin nəzərə almaq lazımdır ki, Səlim Müslümovun bu В«yeniliyiВ» də Füzuli Ələkbərovun dövründən qalıb. 2013-cü ilin iyun-iyul aylarında sabiq nazirin dövründə mətbuat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yaydığı press-relizlərin birində belə bir islahatın həyata keçirilməsinə dair hazırlıqların aparıldığı barədə informasiya almışdı. İndi sadəcə olaraq Səlim Müslümov mətbuat xidmətinin fəaliyyətini fərqli formada təşkil etdiyindən bəzi köhnə islahatları yenilik kimi özü öz dili ilə ifadə edir. S.Müslümov iddia edirdi ki, onu bu posta dövlət başçısı məhz şəffaflıq ədalət yaratmaq üçün yollayıb. Lakin bu barədə dəfələrlə məlumat vermişik ki, 2011-ci ildən bəri məhz sosial təminat sistemində yol verdiyi kobud qüsurlara görə, işdən atılan yerli məmurlar yenidən vəzifələrinə qaytarılırlar. Yeni nazirin kadr islahatları da hər halda dövlət başçısının etimadının doğruldulmasına çox da kardinal şəkildə xidmət etmir. Rayonlardan ƏƏSMN-nin yerli məmurlarından gələn şikayətlər hər gün artmaqdadır. Nazirliyin ictimayyətlə əlaqələr xidməti isə əvvəlki intensivliklə gələn şikayətlərə reaksiya vermir. Geri qayıt |